Cümə axşamı Donetskdəki rusiyapərəst hakimiyyət orqanları 2014-cü ildə Donbasda münaqişənin başlanmasından bəri Ukraynanın "ən kütləvi hücumunu" pisləyib və bu insident bir uşaq da daxil olmaqla, azı 5 nəfərin yaralanması ilə nəticələnib.
Şəhərin meri Aleksey Kulezmin Telegram hesabında silsilə mesajlarda "Ukraynalı faşistlərin növbəti hərbi cinayət törətdiyini" qeyd edib və əlavə edib ki, vurulan yerlər arasında yaşayış, təhsil və tibb binaları da var.
Kulezmin ətraflı məlumat verib ki, yaralılar arasında on yaşlı oğlan, bir kişi və dörd qadın var. "Çalışın çox zərurət olmadıqca küçəyə çıxma. Ehtiyatlı olun, özünüzü və ailənizi qoruyun", - GundemXeber.Az bildirir ki, bu sözləri Donetsk meri deyib.
Əldə etdiyimiz məlumatda qeyd olunur ki, Rusiya sentyabrın 24-də prezident Vladimir Putinin göstərişi ilə işğaldan sonra qismən işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporiyanı ilhaq etdiyini elan edib. Qərar Kiyev və beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?