Cozef Bayden administrasiyası 1963-cü ildə ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı minlərlə məxfi sənədləri açıqlayıb.
Gumdemxeber.az xəbər verir ki, Bayden administrasiyası Milli Arxivlər və Qeydlər Administrasiyasının (NARA) saytında sui-qəsdlə bağlı 12875 yeni sənədi ictimaiyyətlə paylaşıb.
Açıqlanan sənədlərin əksəriyyətinin redaktə prosesi zamanı silindiyi görünüb, bəzi sənədlər isə “kəşfiyyat fəaliyyətlərinə zərər verə bilər” səbəbiylə məxfi saxlanılıb. Bu gün açıqlanan sənədlərin əksəriyyəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid sənədlərdir. ABŞ Prezidenti Co Bayden, qalan sənədlərin 30 iyun 2023-cü ilə qədər dərc olunacağını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də seçki işləri üçün getdiyi Texasda sui-qəsd nəticəsində öldürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?