GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Uran rekord həddə zənginləşdirilib: “İran atom bombası düzəltsə, hədəfi İsrail, Azərbaycan və Türkiyə olacaq”

Uran rekord həddə zənginləşdirilib: “İran atom bombası düzəltsə, hədəfi İsrail, Azərbaycan və Türkiyə olacaq”

Tarix: 21-12-2022, 12:38 Bölmə :Dünya Baxış: 171


İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami indiyədək rekord həddə uran zənginləşdirilməsinə nail olduqlarını açıqlayıb. Onun sözlərinə görə, uranın zənginləşdirilmə göstəriciləri əvvəlkiləri iki dəfədən çox üstələyib. Ümumiyyətlə, İran rəsmiləri mütəmadi olaraq İranın nüvə silahı hazırlama gücündə olduğunu dünyaya nümayiş etdirməyə çalışırlar. Məsələn, İranın Beynəlxalq məsələlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi bir neçə ay əvvəl diqqətə çatdırdı ki, istəsələr, atom bombası yarada bilərlər, ancaq ölkə rəhbərliyinin bu barədə qərarı yoxdur.

Məsələni Oxu.Az-a şərh edən İranın daxili siyasəti üzrə ekspert Babək Çələbyanlı ilk olaraq Xərrazinin nitqlərindən söz açıb:

“Tehranda keçirilən üçüncü dialoq forumunda çıxış edən Xərrazi “İranın nüvə imkanları”na eyham vuraraq iddia etdi ki, o, xarici işlər naziri olanda Avropa tərəfi İranın 15 sentrifuqaya malik olmasına razılıq verməyə hazır deyildi, amma hazırda İranın 19 min sentrifuqası var və İranın nüvə bilikləri sahəsindəki imkanlarına görə qərblilər İranla danışıqlar aparmağa məcbur olublar.

Əli Xameneinin baş müşaviri “Əl-Cəzirə” telekanalına müsahibəsində isə daha əvvəl atom bombası hazırlamaq təhlükəsini gündəmə gətirərək demişdi: “Biz bir neçə gün ərzində uranı 60 faiz zənginləşdirə bildik, 90 faiz də zənginləşdirə bilərik”.

Bunlardan yola çıxaraq deməliyəm ki, İran özünü genişmiqyaslı daxili etirazların çətin vəziyyətindən qurtarmağa çalışır. Heç kimə sirr deyil ki, İran atom bombası istehsalına can atır və bu sahədə ciddi irəliləyişlər əldə edib. Kamal Xərrazinin açıqlamaları da bu çərçivədədir”.

Müsahibimiz vurğulayıb ki, Tehranın nüvə silahı əldə etməkdə əsas məqsədi İran İslam Respublikası hökumətinin davamlılığını təmin etməkdir:

Respublikası hökumətinin davamlılığını təmin etməkdir:

“Ancaq molla hökuməti dağılır, atom bombası əldə etmək İran rejimini xilas edə bilməyəcək. Ən böyük nüvə arsenalı Sovet İttifaqının dağılmasının qarşısını ala bilmədi. İranın xarici siyasət yanaşması səbəbilə Rusiya, Çin, Şimali Koreya və Venesuela kimi kommunistyönümlü ölkələri ilə daha yaxşı münasibətləri var. Ona görə də atom bombası istehsalı üçün bu ölkələrdən yardım alması ehtimalı çoxdur.

Hazırda Rusiya ilə İranın yaxın münasibətləri olsa da, unutmaq olmaz ki, İran və Rusiya iki qonşu dövlətdir və Rusiya atom bombası olan qonşunu istəməz. İran və Rusiya arasında mövcud əməkdaşlıq Ukrayna müharibəsi və Zəngəzur dəhlizi çərçivəsində təhlil edilməlidir. Rusiya Ukrayna müharibəsi bataqlığında ilişib qalıb və silah qıtlığı ilə üzləşib. Hazırda silaha, raketlərə və dronlara ciddi ehtiyac duyur. İran isə beynəlxalq sanksiyalar riskini qəbul edərək Rusiyaya hərbi yardım edir, bunun müqabilində Rusiyadan Zəngəzur dəhlizinin açılmasının qarşısını almasını tələb edir. Xankəndidə və Ermənistanda baş verən son hadisələr bunu təsdiqləyir”.

Ekspert hesab edir ki, İran nüvə silahı istehsalına doğru getsə, regionun digər ölkələri də silahlanma yarışına girəcəklər:

“Bundan başqa, İranın İsraili məhv etmək kimi təhlükəli ideologiyasına görə dünya üçün ciddi təhlükə yarana bilər. İran atom bombası əldə edərsə, yeganə hədəfi İsrail olmayacaq. Azərbaycan, Türkiyə və ərəb ölkələri də İranın hədəfindədir.

İranda misli görünməmiş etirazların davam etməsi səbəbindən molla rejiminin süqutu ehtimalı hər zamankından daha çoxdur. İran qısa müddətdə etirazları yatıra bilsə də, repressiyaların və kütləvi edamların artması, eləcə də gənclərin və qadınların tələblərini qarşılaya bilməmək rejimi çökdürəcək. Molla rejiminin islah olunmaq imkanı yoxdur, ona görə də son ana qədər müqavimət göstərəcək və bir anda yıxılacaq”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran nüvə razılaşmasını pozur

    İran nüvə razılaşmasını pozur ...

    8-07-2019, 12:07

  • 
  • İran ABŞ-ın Qasım Süleymanini öldürülməsinin İŞİD-lə mübarizəni zəiflətdiyini blidirir

    İran ABŞ-ın Qasım Süleymanini öldürülməsinin ...

    11-02-2020, 11:30

  • 
  • İran uran zənginləşdirilməsinin səviyyəsinə qoyulan məhdudiyyəti keçəcək

    İran uran zənginləşdirilməsinin səviyyəsinə ...

    17-06-2019, 17:40

  • 
  • Rusiya İranda daha bir atom elektrik stansiyası inşa edəcək

    Rusiya İranda daha bir atom elektrik stansiyası ...

    12-08-2013, 10:14

  • 
  • İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyib

    İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə ...

    19-02-2015, 22:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu