Daxildə və xaricdə tənqidlərə baxmayaraq, İran hökuməti İnqilab Məhkəmələri və edam hökmləri üzərində möhkəm dayanmağa davam edir.
İran rejiminin edam cəzası tətbiq etməsi həm ölkə daxilində, həm də xaricdə ciddi şəkildə tənqid olunur.
GundemXeber.Az-ı sosial şəbəkələr üzərindən apardığı araşdırmalara görə, indiyədək İran rejimi ümummilli hökumət əleyhinə nümayişlərdə iştirak etmiş insanlara qarşı bir həftə ara ilə iki ölüm hökmü çıxarıb. Nümayişlər ölkənin müxtəlif yerlərində müxtəlif intensivliklə keçirilir və artıq dördüncü aydır.
Edam edilən iki nəfər Möhsün Şəkəri və Məcidreza Rəhnavard iyirmi yaşlarında idi. Ölkənin İnqilab Məhkəməsi Rəhnavardı təhlükəsizlik qüvvələrinin iki əməkdaşını bıçaqla öldürməkdə və daha dörd nəfəri yaralamaqda ittiham edib. Şəkəri “Bəsic” milis üzvünə bıçaqla xəsarət yetirməkdə və yolu bağlamaqda ittiham olunurdu.
Hər iki şəxs həbs olunduqdan qısa müddət sonra İranın cinayət qanununda təsbit olunmuş cinayət olan “məhərebeh” – “Allaha qarşı müharibə” ittihamı ilə mühakimə olundu. “Yer üzündə korrupsiyanın yayılması” kimi, bu cinayət xüsusi silahdan istifadə etməklə və ya istifadə etmədən ictimai asayiş üçün istənilən təhlükəni əhatə edə bilər. Sadəcə olaraq “yalan yaymaq” “korrupsiya” kimi qiymətləndirilir. Əsas odur ki, bu iki cinayət İnqilab Məhkəmələri tərəfindən tez bir zamanda mühakimə olunmağa və ölüm hökmü çıxarmağa imkan verir. Ar olsun İran-molla rejiminə!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?