Ukrayna Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasından və bütövlükdə Birləşmiş Millətlər Təşkilatından çıxarılmasına yönəlmiş hərtərəfli prosesə start verilməsi təşəbbüsü ilə çıxış edib.
Gundemxeber.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Rusiyanın Ukraynadakı fəaliyyəti nəzərə alınarsa, onun siyasəti bütün BMT sistemini nüfuzdan salmaq və məhv etməyə yönəlib.
Məhz buna görə də Rusiyanın BMT-dəki taleyi ilə bağlı məsələ onun beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına görə məsuliyyətinin ümumi kontekstində həll edilməlidir.
“Ukrayna BMT-yə üzv dövlətləri Rusiya Federasiyasının BMT-də qalmasının legitimliyi məsələsində BMT Nizamnaməsinin tətbiqini bərpa etməyə, Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum etməyə çağırır”, - bəyanatda deyilir.
Xarici İşlər Nazirliyi qeyd edir ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması onun qətnamələrinin ləğvinə və ya yenidən baxılmasına səbəb olmayacaq.
Ukrayna tərəfinin fikrincə, Moskva qeyri-qanuni olaraq təşkilatda yer alır, çünki onun SSRİ-nin varisi kimi legitimliyi suallar yaradır. Ona görə də RF digər ölkələr kimi BMT-yə daxil olmaq üçün beynəlxalq hüquqi prosedurdan keçməlidir. Xüsusilə, Rusiya BMT Nizamnaməsinin 4-cü maddəsinin 1-ci bəndinin tələbinə uyğun olaraq, sülhsevərliyini sübut etməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?