Dünən əməkdaşımızın “Nəsimi rayonunun küçə və döngələri “Dubay bazarı”na çevirilib – RƏZALƏT” başlıqlı repotaj yazısı gundemxeber.az saytında dərc edilmişdir.
Yazıda qeyd edilmişdir ki, “Memar Əcəmi” metrostansiyasından üzü “Yeganə” şadlıq sarayına doğru gedən yolda, yəni Hüseynbala Əliyev və Seyid Cəfər Pişəvəri (əvvəlki adı Cavadxan) küçələrində meyvə, tərəvəz, ət və ət məhsullarının satışı həyata keçirilən ərazidə antisanitariya vəziyyəti yaranır və xoşagəlməz hallar baş verir.
Bu gün qeyd olunan məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev redaksiyamıza bildirib ki, “artıq neqativ hallar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən adıçəkilən ərazidə aradan qaldırılıb və antisanitar hala səbəb olan küçə ticarətinin qarşısı alınmışdır.
Sorğu
Yeni dizaynımız necədir?