Belarus Ukrayna səfirini ərazisində Ukrayna hava hücumundan müdafiə raketini vurduğunu bildirərək çağırıb. Ukrayna ordusunun sözçüsü də hadisənin "havadan müdafiənin nəticəsi" olduğunu deyib.
Bu, Rusiyanın indiyədək Ukraynaya qarşı həyata keçirdiyi ən ağır hava hücumlarından birində baş verib.
GundemXeber.Az Belarus dövlət televiziyasının görüntülərində tarlada raket qalıqlarının olduğunu bildirir. Qeyd edək ki, Rusiyanın əsas müttəfiqi olan Belarus S-300 raketinin sərhədə yaxın yerə düşməsindən sonra Kiyevdən tam araşdırma aparmağı tələb edib.
GundemXeber.Az Reuters xəbər agentliyinə istinadən bildirir ki, Belaru sözçüsü Anatoli Qlaz "Belarus tərəfi bu hadisəni son dərəcə ciddi hesab edir" deyə açıqlama verib. O, Ukraynanı "gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün kompleks tədbirlər görməyə" çağırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?