GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İşxan Verdyan: Moskvanın agenti Vardanyanın məqsədi Ermənistanın Rusiya Federasiyasının tərkibinə daxil olmasıdır

İşxan Verdyan: Moskvanın agenti Vardanyanın məqsədi Ermənistanın Rusiya Federasiyasının tərkibinə daxil olmasıdır

Tarix: 4-01-2023, 15:30 Bölmə :Dünya Baxış: 210


Xankəndidə separatçıların mitinqində Ruben Vardanyanın Yeni il qabağı çıxışı Qarabağ probleminin sülh yolu ilə həllinə yer qoymur. O, erməniləri yeni qana hazırlaşmağa çağırıb (“Bizi çətin yol gözləyir, onu birlikdə keçəcəyik: tər və qan ilə”). Vardanyan hazırlanmaqda olan qan tökülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Prezident llham Əliyev Vardanyanı Moskvanın adamı adlandırıb, Rusiya Federasiyasının xarici işlər naziri Lavrov isə deyib ki, Vardanyanı Qarabağa onlar göndərməyiblər.

***

“DQR-in dövlət naziri” Ruben Vardanyan kimdir? Bu suala erməni sülhməramlı İşxan Verdyan cavab verib.

Ишхан Вердян– Ruben Vardanyanın nə etdiyini başa düşmək üçün onun kim olduğunu bilmək lazımdır. Kremlə yaxın olan bu rusiyalı oliqarx ötən il Ermənistanda olub və öz səfəri zamanı Ermənistan televiziyasına müsahibə verib. Vardanyan müsahibəsində açıq mətnlə deyib ki, Ermənistan öz xoşu ilə Rusiyanın vilayətinə çevrilməlidir, əks halda pis olacaq.

Mən buna xüsusi diqqət yetirmək istəyirəm, bu, çox vacibdir, ona görə də təkrar edirəm – Vardanyan Ermənistana öz istəyilə Rusiyanın tərkib hissəsi olmağı tövsiyə edib, əks halda bu, məcburi şəkildə olacaq. Onun sözlərinə görə, əgər Ermənistan könüllü birləşərsə, Tatarıstan kimi nisbətən uğurlu regiona çevrilmək üçün hər cür şansı olacaq, əks halda ziyanlı bölgə olacaq.

İndi sual olunur – bu adam kimin maraqlarını müdafiə edir? Ermənistanın? Bəyəm Ermənistanın planında  Rusiya Tatarıstanına çevrilmək var? Kremlə yaxın rusiyalı oliqarx  Ermənistanın Rusiyanın tərkibinə  daxil olmasını təşviq edir. Hmm… Kimin maraqlarına xidmət edə bilərdi? Məncə, burada hər şey göz qabağındadır.

Başa düşmək lazımdır ki, Ruben Vardanyan Rusiyanın adamıdır,  həmişə belə olub və belə olacaq. Bu barədə çox danışılıb, bunu erməni ekspertlərin özləri də dəfələrlə sübut ediblər və buna ancaq dünyanın ən sadəlövh adamı şübhə edə bilər. Və məhz Vardanyanın Rusiyanın adamı olması onun Qarabağda – Rusiya Federasiyasının bütövlükdə və tamamən nəzarətində olan zonada bir nömrəli adam olmasına kömək edib.

Ruben Vardanyan Rusiyanın adamıdır, Rusiyanın maraqlarını müdafiə etmək üçün Rusiya tərəfindən Qarabağa göndərilib. Və sona qədər mübarizə aparacağını deyəndə Rusiyanın – maraqlarına xidmət etdiyi, onu milyarder edən, vətəni olan ölkənin qələbəsini nəzərdə tutur. Bəli, bəli, Vardanyan öz vətəninin, Rusiyanın vətənpərvəridir və buna görə onu qınamaq çətindir.

Bəs Rusiya üçün qələbə nədən ibarətditr? Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan birbaşa səsləndirib – Ermənistanı Rusiyanın tərkibinə daxil etməkdən. Mahiyyətcə, Ruben Vardanyanın Ermənistan televiziyasında təşviq etdiyi şey.

Sual:  Vardanyan Ermənistanı Rusiya Federasiyasına necə daxil etdirə bilər?

Cavab: Ermənistan yalnız öz iradəsilə Rusiyanın tərkibinə daxil ola bilər. Məcburiyyət nəticə verməyəcək, çünki Ermənistanın Rusiya ilə birbaşa quru sərhədi yoxdur və üsyan edən regiona nəzarət etmək sonuncu üçün çox çətin olacaq – cəza qoşunlarını effektiv şəkildə yertimək mümkün olmayacaq.

Əgər Ermənistan güc yolu ilə və xalqın iradəsinə zidd olaraq birləşsə, çox tezliklə xalqın eyni iradəsilə ondan ayrılacaq və Rusiya buna qarşı heç nə edə bilməyəcək. Ona görə də Ermənistan xalqının buna razılıq verməsi lazımdır.

Amma əgər orada antirusiya əhval-ruhiyyəsi günbəgün artırsa və adamlar Rusiyanın tərkibində olmaqdansa, ac-yalavac qalmağa üstünlük verdiklərini açıq şəkildə deyirlərsə, xalqın razılığını necə almaq olar? Cavab məlumdur – elə bir vəziyyət yaratmaq lazımdır ki, xalq özü Rusiyanı köməyə çağırmağa məcbur olsun. Bəs belə vəziyyəti necə yaratmaq olar?

Və bu zaman Ruben Vardanyan meydana çıxır. O, bütün Qarabağı öz ətrafında cəmləşdirib Azərbaycanla sonadək mübarizəyə başlayır. Qarabağ Azərbaycanın qanuni ərazisidir və Azərbaycan onu almaq üçün hər şeyi edəcək. Qarabağda güc tətbiq edə bilməz, çünki bu, dərhal soyqırım kimi qiymətləndiriləcək və problemə beynəlxalq yanaşmalara yenidən baxılması üçün zəmin yaradacaq. O zaman deyəcəklər ki, baxın, ermənilər haqlı idi, Azərbaycan həqiqətən onları məhv etmək istəyir və soyqırımdan qaçmaq üçün ərazi bütövlüyü prinsipi yerini öz müqəddəratını  təyinetmə prinsipinə verəcək. Azərbaycan buna razı olmayacaq.

Sual:  Sizcə, belə olduğu halda, prezident Əliyev necə hərəkət edəcək?

Cavab: Yuxarıda deyilənlər o demək deyil ki, Azərbaycan Ermənistana qarşı güc tətbiq etməyəcək. Vardanyan nə qədər təəssüflə sızıldayacaqsa, Ermənistanda Qarabağın Azərbaycana verilməsinə, onun ərazi bütövlüyünün tanınmasına bir o qədər sərt şəkildə qarşı çıxacaqlar. Əgər bu işdə Azərbaycanın adı keçərsə, Ermənistanda ancaq və ancaq bu ölkəni ittiham edəcəklər, “əgər Əliyev qarabağlılara qarşı soyqırım törətmək istəyirsə, Vardanyanın kimə işlədiyinin nə fərqi var?” kimi mühüm detallara varmayacaqlar. Problemə bu cür yanaşma Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına, yəni sonuncunun ərazi bütövlüyünü tanımasına mane olacaq.

Bəs belə olan halda, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımasa onda necə olsun? Nədənsə bu detal bizdən qaçır, amma öz əhəmiyyətini itirmir. Əgər Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasa, deməli, onlar sərhədi tanımırlar. Deməli, onların arasında sərhəd yoxdur! Əgər sərhəd yoxdursa, hansı dağın, hansı vadinin kimə aid olduğunu necə bilmək olar?

Ruben Vardanyan süni şəkildə elə bir atmosfer yaradır ki, Ermənistan Azərbaycan ərazilərini tanımaqdan imtina etsin. Buna cavab olaraq Azərbaycan Ermənistanın ərazilərini tanımaqdan imtina edəcək, nəticə olaraq – sərhəd yoxdur, nəticə olaraq – Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürəcək və ola bilsin ki, güc tətbiq edəcək. Aylıq rejimdə sərhəddə vəziyyət gərginləşəcək, adamlar öləcək, ritorika daha da qəzəbli olacaq.

Bu, daimi xarakter daşıyacaq və bir gün Ermənistan sakinləri buna dözməyəcəklər, deyəcəklər ki,  bəsdir, biz artıq övladlarımızı itirmək istəmirik, gücümüz çatmır, Rusiya, gəl, məsələni yoluna qoy! Və Ermənistan xalqı Rusiyanı özü çağıracaq, öz istəyilə. Lazım olan da bu idi.

Məhz bu, Ruben Vardanyanın can atdığı qalibiyyətli son olacaq. Hər gün raport verərkən “qələbəli sonluğa qədər dayanacağıq” dediyində  məhz bunu nəzərdə tutur. Onun raportu ilk baxışda göründüyü kimi, ermənilərə ünvanlanmayıb. Moskvaya – xidmət etdiyi və onu oraya göndərən adamlara ünvanlanıb. O, həqiqətən onların başladığı işi bitirmək istəyir.


GUNDEMXEBER,AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyalı milyarder Bakıdan iznsiz Şuşaya gəldi

    Rusiyalı milyarder Bakıdan iznsiz Şuşaya gəldi ...

    21-10-2020, 14:44

  • 
  • “Vardanyan Qarabağa fransız qoşunlarını gətirmək istəyir” - Moiseyevdən ŞOK İDDİA

    “Vardanyan Qarabağa fransız qoşunlarını gətirmək ...

    5-09-2022, 16:55

  • 
  • Əliyev rusların “Vardanyan planı”ndan niyə indi danışdı? - AKTUAL

    Əliyev rusların “Vardanyan planı”ndan niyə indi ...

    18-11-2022, 16:28

  • 
  • Rusiyalı oliqarx Paşinyanın yerinə hazırlanır?! – Xarici ekspertlərin fikirləri

    Rusiyalı oliqarx Paşinyanın yerinə hazırlanır?! – ...

    9-09-2022, 16:43

  • 
  • Ermənistan ordusunun iki generalı vəzifədən çıxarıldı

    Ermənistan ordusunun iki generalı vəzifədən ...

    25-06-2021, 14:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu