Gundemxeber.az » Dünya » Rusiyanın raket ehtiyatı tükənir, amma yeni kütləvi hücum istisna deyil
“Rusiyanın raketləri tükənib və cəmi 2-3 kütləvi hücum üçün raketlər qalıb”.
Gundemxeber.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
O söyləyib ki, söhbət yüksək dəqiqlikli silahlardan gedir: “Buraya Kh-101, Kh-555 raketləri, “İsgəndər”lər və digərləri daxildir. Onlardan uzaq məsafə üçün istifadə edilir”.
Qeyd edək ki, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bu yaxınlarda bildirmişdi ki, Rusiyanın silah arsenalında təxminən 150 raket qalıb. Onun sözlərinə görə bu göstərici Ukraynaya 2 kütləvi hücuma kifayət edə bilər.
Bununla yanaşı, Vadim Skibitski Rusiyanın Ukraynaya qarşı növbəti kütləvi hücuma hazırlaşdığını da qeyd edib.
O bildirib ki, qarşı tərəfin aviasiyası hücuma hazırlıq görür: “Rusiyanın kütləvi hücumu yanvarın 9-10-da ola bilər. Növbəti hücum üçün hazırlıq prosesi davam edir”.
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi söyləyib ki, hava şəraiti də yüksək dəqiqlikli silahlardan istifadə üçün əlverişlidir.
Qeyd edək ki, Rusiya ordusu dekabrın 29-dan yanvarın 1-dək Ukrayna ərazisinə kütləvi raket zərbələri endirib.
Ukrayna Prezident Volodimir Zelenski deyib ki, Rusiya gecə vaxtı həyata keçirdiyi hücumlarla Ukraynanın hava hücumundan müdafiəsini məhv etməyə çalışır.
Gundemxeber.az
19-05-2013, 01:40
29-12-2022, 14:16
19-07-2022, 15:43
27-06-2017, 17:38
14-04-2018, 12:40
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?