Gundemxeber.az » Dünya » Kreml Ermənistanın KTMT təlimlərini keçirməsindən imtina etməsinə REAKSİYA VERDİ
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü ildə ölkəsində keçiriləcək KTMT təlimlərinin məqsədəuyğun olmaması ilə bağlı bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, bu, detalların aydınlaşdırılmasını tələb edən bəyanatdır:
“Bu, Ermənistanın baş nazirinin yeni bəyanatıdır. Düşünürəm ki, KTMT-dən olan həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatına aydınlıq gətirəcəklər”.
Eyni zamanda, o xatırladıb ki, belə bir dəqiqləşdirmənin nəticələrindən asılı olmayaraq, Ermənistan Rusiyanın ən yaxın müttəfiqləri sırasında qalır və onunla dialoq davam etdiriləcək.
Gundemxeber.Az
7-10-2020, 15:33
1-09-2018, 16:46
22-11-2018, 14:43
20-11-2018, 15:14
5-08-2018, 01:11
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?