Çexiyada seçicilər yeni prezident seçməyə hazırlaşırlar – Onların nəzərdən keçirdikləri əsas məsələlər arasında Ukraynaya dəstək və Rusiya və Çinlə münasibətlər yer alır.
Seçki bülletenində tanış bir isim var: Andrey Babiş. Çexiyanın keçmiş baş naziri indi prezidentliyə namizəddir. O, seçkidən bir neçə gün öncə xoş xəbər alıb.
Bazar ertəsi Praqa məhkəməsi Babişin Avropa İttifaqının subsidiyaları ilə bağlı iki milyon dollarlıq işdə dələduzluq ittihamından bəraətinə qərar verib. O, ittihamı “siyasi proses” kimi qiymətləndirib.
“Məncə bu, bütün Çex Respublikası, Çex Respublikasının bütün vətəndaşları üçün yaxşı xəbərdir ki, biz qanunun aliliyi şəraitində yaşayırıq,” Babiş deyib.
Babiş populist və yaxında vəzifə müddəti başa çatacaq Miloş Zemanın siyasi müttəfiqi kimi görünür. O, hökumət və Aİ-nin miqrasiya və Ukraynaya dəstək kimi siyasətlərini tənqid edib. Bu, ona dəstək qazandırıb, eyni zamanda isə tənqidçilərini gücləndirib.
Minlərlə insan bazar günü Praqa küçələrinə çıxaraq, daha Qərbyönlü prezident tələb ediblər.
“Son 20 ildə bu ölkədə cənab [Miloş] Zeman kimi prezidentlər olub ki, biz onlardan utanmışıq. Onların rusiyayönlü, çinyönlü fikirləri bizi dəyərdən salır,” kinorejissor Vatslav Marhoul deyib.
Babişin rəqiblərindən biri də təqaüddə olan Çexiya generalı Petr Paveldır. O, 2016-cı ildə NATO-nun Hərbi Komitəsinin sədri olub. Onun kampaniyasının şüarı “Nizam və sakitlik gətir”dir.
Üçüncü aparıcı namizəd Danuşe Nerudovadır. Keçmiş iqtisadçı və universistet rektoru mütərəqqi, Avropayönlü prezidentlik vəd edir.
“Həm Petr Pavel, həm də Danuse Nerudova Çex Respublikasının liberal demoktariya olmasına və onun liberal nizamdakı roluna sadiqdirlər,” Almaniya Xarici Əlaqələr Şurasından Bencamin Tallis deyir.
Prezident icraedici səlahiyyətlərə malik deyil. Ancaq təhlilçilər deyir ki, Babişin qələbəsi Rusiyanın işğalından sonra qəti Ukraynayönlü mövqe sərgiləyən indiki hökümətin işlərini çətinləşdirə bilər.
“O, Ukraynaya, Ukraynalı qaçqınlara dəstəyin, yardımın həddindən çox olduğunu düşünür. Amma mən Babişin keçmişdə Zeman kimi Rusiyapərəst və Çinpərəst bir prezident olacağını düşünmürəm. Çünki onun biznes maraqları Qərb bə Mərkəzi Avropa ilə əlaqəlidir,” Masarik Universitetinin politologiya professoru Lubomir Kopetsek bildirir.
Çexiya Respublikası və Slovakiya bu yaxınlarda Çexoslovakiyanın süqutunun 30 illiyini qeyd edib. Tallis deyir ki, bəzi seçilər üçün bu tarixi rezonans əhəmiyyətlidir.
“Çexiya Respublikasının tarixdən avtokratiyaya qarşı çıxmaq, demokratiya ilə bağlı dəyərli onlar şeylər, ukraynalıların azadlıqların və hüquqların nə üçün mübarizə aparmağa və ölməyə dəyər olduğuna dair xatirələri necə canlandırdıqları ilə bağlı çıxarılan dərslər. Azadlıq əslində nədir və bu mütərəqqi gələcəyə ümid haradadır?,” o bildirir.
Səsvermənin ilk raundu yanvarın 13-də başlayır. Əgər heç bir namizəd səslərin 50 faizindən çoxunu qazanmasa, iki həftə sonra ən çox qazanan iki namizəd arasında səsvermənin ikinci raundu keçiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?