Gundemxeber.az » Dünya » İran müdafiə nazirinin sabiq müavininin edam olunması xəbəri təsdiqlənib
İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edam olunması ilə bağlı xəbər təsdiqlənib.
Bu barədə İran Məhkəmə Sistemi məlumat yayıb.
Bildirilib ki. Ə.Əkbəri barədə çıxarılan edam hökmü icra olunub.
Xatırladaq ki, ötən gün “Sabrin News” və “İran İnternational” saytları öz mənbələrinə istinadən keçmiş nazir müavininin edam hökmünün icra edildiyi barədə məlumatlar yaymışdı.
Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.
Gundemxeber.az
16-02-2017, 22:05
5-02-2018, 12:46
14-11-2018, 11:19
6-03-2016, 16:26
11-07-2017, 11:35
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?