Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.
Gundemxeber.az bildirir ki, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.
İranın Məhkəmə Sistemi açıqlamasında bildirib ki, Ə.Əkbəri İran-Britaniya ikili vətəndaşlığı olub. O Britaniya kəşfiyyat orqanına casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı genişmiqyaslı fəaliyyətdə ittiham olunaraq edam olunub. O casusluq edərək İngiltərə hökumətindən bir milyon 805 min avro, 265.000 ingilis funtu və 50.000 ABŞ dolları maaş alıb.
Sorğu
Yeni dizaynımız necədir?