Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) bazar ertəsi verdiyi məlumata görə, Rusiyanın keçən ilin fevral ayında başladığı hərbi müdaxilədən bəri Ukraynada 7000-dən çox mülki şəxs həlak olub.
"Mülki vətəndaşlar arasında itkilərin çoxu ağır artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və raketlər daxil olmaqla, geniş təsir dairəsinə malik partlayıcı maddələrin istifadəsi nəticəsində baş verib", Ali Komissarlığın bəyanatında deyilib.
BMT-nin İnsan Haqları ofisi 7031 mülki vətəndaşın öldüyünü təsdiq etsə də, ağır döyüşlərin getdiyi bölgələrdən itkilərin təsdiqlənmiş sayının hələ daxil olmadığı nəzərə alındıqda, real rəqəmin "əhəmiyyətli dərəcədə yüksək" olduğuna inandığını bildirib.
Məlumatda bildirilib ki, mülki əhali arasında təsdiqlənmiş ölüm hallarının əksəriyyəti - 6536 nəfər, Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə qeydə alınıb. Rusiyanın nəzarətində olan ərazilərdə müqayisədə 495 ölüm halə təsdiqlənib.
Ukrayna həlak olan mülki vətəndaşların sayının on minlərlə ola biləcəyini bildirir.
Sorğu
Yeni dizaynımız necədir?