Gundemxeber.az » Dünya » Ukrayna Belarusa nota verdi
Ukraynanın Minskdəki səfirliyi Belarus dövlət telekanalında ukraynalı diplomatlar tərəfindən muzdlu əsgərlərin orduya cəlb edilməsi ilə bağlı süjetə görə ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Gundemxeber.az bildirir ki, bu barədə çərşənbə axşamı Ukrayna səfiri İqor Kizim məlumat verib.
Kizimin sözlərinə görə, səfirliyin etirazına yanvarın 16-da “Belarus 1” telekanalında Yekaterina Tixomirovanın proqramında verdiyi bəyanat səbəb olub. “Müəllif iddia edir ki, səfirlik guya Ukraynaya muzdluların orduya cəlbi üçün işə qəbul mərkəzidirSəfirlik Belarus Respublikasının Xarici İşlər Nazirliyinə müvafiq etiraz notası göndərib”, - o, “Facebook”da yazıb.
Kizimin sözlərinə görə, Belarus telekanalının süjetində Gürcüstan vətəndaşı Georgi Zarakişvili çıxş edir və o, səfirliyin köməyi ilə Ukraynaya döyüşmək üçün getməsi barədə danışır. O, Belarus xüsusi xidmət orqanları tərəfindən saxlanıldığını deyir. Kizim bu iddianın “yalan və manipulyasiya” olduğunu bildirib.
Gundemxeber.az
21-12-2014, 21:55
27-03-2016, 16:20
30-12-2022, 14:19
9-06-2018, 17:25
6-08-2020, 15:44
Sorğu
Yeni dizaynımız necədir?