Gundemxeber.az » Dünya » Bayden administrasiyası Türkiyəyə F-16 satışı üçün Konqresdən icazə istədi
ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib.
Bunu Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi mətbuat brifinqində təsdiqləyib“Bunun Konqres tərəfindən nəzərdən keçirildiyini etiraf etməklə yanaşı, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin işinin hazırkı vəziyyəti ilə bağlı danışmaqdan imtina edərdim”- deyə, o bildirib.
ABŞ-Türkiyə arasında mövcud olan ikitərəfli münasibətlərdən danışan Penatqon rəsmisi qeyd edib ki, Ankara Vaşinqtonun mühüm tərəfdaşı və müttəfiqidir:
“Və biz bu əlaqələri necə gücləndirə biləcəyimiz, hər iki tərəfin müdafiə ehtiyaclarının nəzərə alınmasını təmin etmək üçün Türkiyə liderləri ilə işləməyə davam edəcəyik”.
Qeyd edək ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi Pentaqonun strukturuna daxil olan ixtisaslaşmış hökumət departamentidir. O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ştatlar arasında əlaqələrin inkişafına və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımın göstərilməsinə cavabdehdir.
GUNDEMXEBER.AZ
3-01-2019, 15:51
10-04-2021, 11:54
9-04-2021, 10:11
4-10-2018, 14:32
9-01-2019, 12:29
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?