GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Henri Kissincer: “Rusiyanın müdaxiləsi Ukraynanın NATO üzvlüyünə əsas verir”

Henri Kissincer: “Rusiyanın müdaxiləsi Ukraynanın NATO üzvlüyünə əsas verir”

Tarix: 18-01-2023, 23:16 Bölmə :Dünya Baxış: 237



ABŞ-ın qocaman dövlət xadimi Henri Kissincer (Henry Kissinger) yanvarın 17-də Davos forumunda Ukrayna müharibəsi barədə danışıb.

Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi göstərdi ki, Ukraynanı NATO-dan kənarda saxlamağın artıq heç bir mənası yoxdurKissincer bundan əvvəlki çıxışlarında Ukrayna məsələsində Rusiya ilə razılaşmalara, Moskvaya təhlükəsizlik qarantiyalarının verilməsinə çağırırdı.

99 yaşlı keçmiş dövlət katibi və realpolitikanın həvarilərindən biri olan Kissincer bundan əvvəl Ukrayna müharibəsində atəşkəsə çağırış etmişdi. Onun bu çağırışına əməl olunsaydı, Rusiya Ukraynada qəsb etdiyi torpaqlardan bəzilərinə sahiblənə biləcəkdi.

Lakin Davos forumunda videobağlantı ilə çıxış edən siyasətçi yanvarın 17-də deyib ki, Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi bu müharibənin tamamilə məntiqi nəticəsi sayıla bilər:

“İndiki şəraitdə Ukraynanın neytral olmasının artıq heç bir mənası yoxdur”.

Finlandiyanın baş naziri Sanna Marin də yanvarın 17-də Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib ki, əgər Ukrayna NATO üzvü olsaydı, indi heç bir müharibə olmazdı.

O əlavə edib ki, onun ölkəsi və İsveç elə bu səbəbdən NATO üzvlüyü üçün müraciət ediblər:

“Biz NATO üzvü olmaq istəyirik, çünki biz Finlandiyada bir daha müharibə olmasını istəmirik. Biz bundan əvvəl Rusiya ilə müharibədə olmuşuq”.

ABŞ və Ukrayna baş komandanları Polşada gizli görüşüblər

Ukrayna silahlı qüvvələrinin ölkənin şərqində Rusiyanın aramsız hücumlarını dəf etdiyi bir vaxtda ABŞ-ın ən yüksək rütbəli hərbçisi və Ukraynanın hərbi komandanları Polşanın cənub-şərqində məxfi bir məkanda görüşüblər.

Kiyev hazırda Rusiyanın intensiv hücumlarının qarşısının alınması üçün Qərbdən və ABŞ-dan ona daha çox silah verilməsini istəyir.

ABŞ hərbiyyəsinin sözçüsü bildirib ki, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin başçısı, ordu generalı Mark Mili (Mark Milley) yanvarın 17-də Polşanın Ukrayna ilə həmsərhəd bölgəsindəki hərbi bazada Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə görüşüb.

İki sərkərdə göz-gözə

The Washington Post və başqa media qurumları bildirirlər ki, ABŞ-ın hərbi nümayəndə heyətinə tərcüməçi və təhlükəsizlik komandası ilə yanaşı daha 5 yüksək rütbəli zabit daxildir.

Bu da qeyd olunur ki, bu görüş barədə məlumat təhlükəsizlik mülahizələri ilə yalnız o başa çatandan sonra verilib.

ABŞ hərbiyyəsinin sözçüsü, polkovnik Deyvid Batler (David Butler) deyib:

“Onların hər ikisi düşündülər ki, bu çox vacibdir. Çox vacibdir ki, iki ən mühüm hərbi rəsmi çox mühüm məsələlərdən danışarkən göz-gözə baxa bilsinlər”.

Bu da qeyd olunur ki, Mili və Zalujnı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri dəfələrlə telefonda danışıblar.

Zalujnı bu görüşün baş tutduğu barədə Twitter hesabından yazıb.

O qeyd edib ki, general Mili ilə görüşü zamanı Birləşmiş Ştatlara və başqa müttəfiqlərə dərin minnətdarlığını ifadə edib.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 99 yaşlı dahinin və Lukaşenkonun fikirlərindəki sinxronluq: Ukrayna ilə bağlı təhlükəli PLAN – TƏHLİL

    99 yaşlı dahinin və Lukaşenkonun fikirlərindəki ...

    25-05-2022, 17:04

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • ABŞ-dan Rusiyaya daha bir zərbə – Monteneqro NATO-ya üzv olur

    ABŞ-dan Rusiyaya daha bir zərbə – Monteneqro ...

    29-03-2017, 14:20

  • 
  • NATO Ukraynaya əlavə hərbi dəstək verəcək

    NATO Ukraynaya əlavə hərbi dəstək verəcək ...

    27-06-2015, 05:35

  • 
  • İlham Əliyev Davos Forumunda iştirak edəcək

    İlham Əliyev Davos Forumunda iştirak edəcək ...

    18-01-2018, 15:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu