GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 99 yaşlı dahinin və Lukaşenkonun fikirlərindəki sinxronluq: Ukrayna ilə bağlı təhlükəli PLAN – TƏHLİL

99 yaşlı dahinin və Lukaşenkonun fikirlərindəki sinxronluq: Ukrayna ilə bağlı təhlükəli PLAN – TƏHLİL

Tarix: 25-05-2022, 17:04 Bölmə :Cəmiyyət Baxış: 186


Dünya nizamına dahi strateqlərin baxışı fundamental meyarlara söykənir və özündə gələcəyə dair proqnozları birləşdirir.

Qlobal siyasətdə hansı oxların atıldığını, yayın kimlər tərəfindən çəkildiyini bilən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin formalaşan yeni nizam haqqındakı proqnozları isə təhlükəlidir, təbii ki, ən əsası da Ukrayna üçün.

Kissincer ABŞ siyasətinin qlobal tərəflərini çox dərindən bilən adamdır, analitik soyuqqanlılığı, təhlil metodologiyası, bestseller və strateqlərin stolüstü kitabı olan “Diplomatiya” əsəri siyasətçilər üçün yol xəritəsidir.

Siyasətçi həmin kitabda özünün keçirdiyi açıq-gizli təmaslar barədə danışır, qlobal güc nisbətindəki payları tarixdən süzülüb gələn nəticələrlə təhlil edir.

H.Kissincer SSRİ-nin sonunu çatdıran hiyləgər strateqlerdəndir, indi qoca (99 yaşı var) dahi Davosda keçirilən Dünya İqtisadi Forumunda Rusiya-Ukrayna müharibəsinə dair həll düsturu verir. Hiyləgər dahinin açıqlaması analizlə məşğul olan insanlar üçün təəccüblü gələ bilməz.

Kissincerin narahatlığı Ukraynanın suverenlik prinsipləri ilə uzlaşmır və gələcək üçün Rusiyanın əlində təcavüzkar planları böyüdən tezisə çevrilir.

Bəli, dahi Kissincer, görünür ki, bu qoca yaşında da açıq-gizli təmaslarla güc balansını müqayisə edə bilir, ona görə də deyir ki, Ukrayna neytral statusa keçməli, Rusiya ilə Avropa arasında körpü rolunu oynamalıdır.

Cənab Kissincerə görə, Ukrayna asanlıqla aradan qaldırılmayacaq təlatümlər və gərginlik yaranmamışdan əvvəl Rusiya ilə danışıqlar aparmalıdır, bunun üçün ideal nöqtə isə müharibə başlamamışdan öncəki status-kvoya qayıtmaqdır.

Qərb liderlərinə yönləndirici tezislər verən mərkəzlər başa düşürlər ki, müharibəni 2022-ci ilin fevralın 24-nə qədər olan xəritədən kənarda davam etdirməklə Qərb-Rusiya açıq qarşıdurmasını şiddətləndirəcək uzun və yorucu müharibə astanasına qədəm qoyulacaq və burada udan tərəf olmayacaq. Bu isə bəşəriyyətin gələcəyini kor etmək deməkdir.

Kissincer fikri ilə cari şəraitdə Qərbin Rusiya qarşısında duruş gətirə bilməməsinə işarə edir.

Ukrayna tərəfi cənab Kissincerin açıqlamasını Rusiyaya ərazi təhvil vermək kimi dəyərləndirib. Kissincer isə strateji soyuqqanlılıqla, Ukraynadan çox, ABŞ-ın maraqlarını gözləyir, onun çıxışındakı notlar Ukraynanın nüfuz dairələrinə bölünməsi ehtimallarını da göz önünə sərir.

Kissincer indi rəsmi şəxs deyil, lakin çox məlumatlı, gizli danışıqlardan xəbərdar adamdır, bu baxımdan onun fikri ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun açıqlaması arasında sinxronluq qurmaq olar.

Mayın 23-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşən Lukaşenko belə bir ifadə işlədib (həmin sitatı səsləndirdikən sonra, Kissincerin mövqeyi ilə sinxronluq təşkil edən elementləri görmək mümkündür):

“Ukraynada gözlənilməz proseslər olur, bunu siz də yaxşı bilirsiniz (Putinə müraciətlə). Bizi də, sizi də narahat etməlidir ki, siyasətçilər Ukraynanı parçalamaq üçün addımlar atırlar. Polşa və NATO üzvləri Ukraynanın qərbini götürməyə hazırdırlar. Biz gözümüzü açıq saxlamalıyıq və ukraynalılar bizdən bu qərb hissənin Ukraynadan ayrılmaması üçün xahiş etməli olacaqlar”.

Böyük ehtimalla Rusiyanın da, Qərbin də masasında Ukraynadakı müharibənin sonlandırılması üçün ən optimal yol Ukraynanın bölünməsidir.

Ona görə də Ukrayna danışıqlara getmir, indiki halda Kiyevin Moskva ilə güzəşt masasına oturması dövlət kimi onun taleyini qaranlığa sürükləyəcək.




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli danışıqlar

    Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli ...

    21-08-2017, 14:53

  • 
  • Obama: "İki dünya savaşına səbəb olan ideyaların toqquşması yenidən ortadadır"

    Obama: "İki dünya savaşına səbəb olan ...

    27-03-2014, 10:05

  • 
  • ABŞ-ın müdafiə naziri: "Rusiya bir nömrəli qlobal təhlükədir"

    ABŞ-ın müdafiə naziri: "Rusiya bir nömrəli ...

    17-03-2016, 12:08

  • 
  • Sabah Bakıda IV Qlobal Bakı Forumu öz işinə başlayır

    Sabah Bakıda IV Qlobal Bakı Forumu öz işinə ...

    9-03-2016, 13:27

  • 
  • Soyuq müharibə YENİDƏN BAŞLAYIR: DİPLOMAT KRİZİNİN ARXA PLANI

    Soyuq müharibə YENİDƏN BAŞLAYIR: DİPLOMAT ...

    28-03-2018, 17:59


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (534)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu