Gundemxeber.az » Dünya » Rusiya və Estoniya arasında diplomatik qalmaqal – Səfirləri qarşılıqlı olaraq qovdular
Bu gün Estoniya səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona 2023-cü il fevralın 7-dək Rusiyanı tərk etmək tapşırılıb. Eyni zamanda, hər iki ölkədə diplomatik nümayəndəliklərin səviyyəsinin müvəqqəti işlər vəkili səviyyəsinə endirilməsi qərara alınıb.
Yanvarın 23-də Tallin Ukraynaya 113 milyon avro məbləğində böyük hərbi yardımı anons edib. Buraya ölkənin bütün 155 və 122 millimetrlik haubitsaları, yüzlərlə M2 “Karl-Qustav” tank əleyhinə qumbaraatan və onlar üçün döyüş sursatları, həmçinin artilleriya bölmələrinə dəstək vasitələri daxildirBundan öncə Estoniya Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri, haubitsalar, tank əleyhinə qumbaraatanlar və minaatanlar göndərib.
Həmçinin Estoniya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb.
***
Estoniya Xarici İşlər Nazirliyi də yanvarın 23-də Rusiya səfiri Vladimir Lipayevə estoniyalı diplomatın Moskvanı tərk etməsi ilə eyni vaxtda ölkədən çıxması barədə göstəriş verib.
“Rusiya ilə münasibətlərimiz paritet prinsipinə əsaslanır. Bu o deməkdir ki, Rusiya səfiri Estoniyanın Rusiyadakı səfiri ilə eyni vaxtda ölkəni tərk edəcək”, – deyə qurumun “Twitter” səhifəsində qeyd edilir.
Gundemxeber.az
23-01-2023, 16:14
11-01-2023, 19:27
8-06-2016, 12:39
23-05-2014, 10:36
13-04-2022, 15:30
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?