Gundemxeber.az » Dünya » Estoniya fevralın 1-dək rus diplomatlarının sayını azaltmağı tələb edib
Respublikanın Xarici İşlər Nazirliyi bəyan edib ki, “diplomatik vəzifələr”in sayı səkkizə, “inzibati, texniki və xidmət personalı vəzifəsi” isə 15-ə endirilməlidir.
Gundemxeber.az-ın məlumatına əsasən, Estoniya Xarici İşlər Nazirliyi çərşənbə günü bildirib ki, Rusiya səfirini fevralın 1-dək rus diplomatlarının sayını 8-ə endirmək zərurəti barədə məlumat verib.
"Bu gün Estoniya Rusiya Federasiyasının səfirini qərarla bağlı məlumatlandırıb. Bu qərara əsasən, Rusiya 2023-cü il fevralın 1-dək öz işçilərinin sayını ixtisar etməlidir. Qərarın məqsədi səfirlik işçilərinin sayında paritetə nail olmaqdır ki, bu da o deməkdir ki, ölkələrin paytaxtlarında Rusiya və Estoniya nümayəndəliklərində postların sayı eyni olacaq”, - Estoniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bununla bağlı agentlik qeyd edib ki, Rusiya səfirliyinin əməkdaşlarının sayı 8 “diplomatik post”a və 15-ə qədər “inzibati, texniki və xidmət personalı postu”na qədər azaldılmalıdır. Estoniyanın xarici işlər naziri Urmas Reinsalunun sözlərinə görə, Ukraynadakı münaqişə fonunda Rusiya səfirliyi “Estoniya-Rusiya münasibətlərini təşviq etmir”, ona görə də səfirliyin hazırkı tərkibində işləməsi üçün “heç bir əsas” yoxdur.
GUNDEMXEBER.AZ
8-06-2016, 12:39
10-07-2013, 12:42
4-02-2016, 22:15
28-09-2018, 11:34
9-04-2017, 11:12
Sorğu
Yeni dizaynımız necədir?