Gundemxeber.az » Dünya » ABŞ Türkiyədə terror aktları ilə bağlı növbəti xəbərdarlıq edib
ABŞ-ın Türkiyədəki səfirliyi bazar ertəsi amerikalıları İstanbuldakı kilsələrə, sinaqoqlara və diplomatik nümayəndəliklərə qarşı mümkün hücumlar barədə xəbərdarlıq edib...
Gundemxeber.az xəbər verir ki, bu barədə Reuters-in xəbərində bildirilir.
Qeyd edək ki, bu, Avropada “Quran” yandırma hadisələrindən sonra dörd gün ərzində ikinci belə xəbərdarlığdır.
ABŞ səfirliyi yenilənmiş təhlükəsizlik xəbərdarlığında bildirib ki, “terrorçuların mümkün cavab hücumları” qərblilərin getdiyi ərazilərdə, xüsusən də şəhərin Beyoğlu, Qalata, Taksim və İstiqlal məhəllələrində baş verə bilər.
Türkiyə rəsmiləri məsələ ilə bağlı araşdırma aparırlar.
Xatırladaq ki, şənbə günü Türkiyə öz vətəndaşlarına ABŞ və Avropada "mümkün islamofob, ksenofob və irqçi hücumlara" qarşı ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Gundemxeber.az
12-12-2018, 16:25
4-08-2013, 23:53
6-01-2020, 16:15
27-04-2019, 10:55
26-09-2020, 13:37
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?