Gundemxeber.az » Dünya » Rusiyanın xarici işlər naziri: “Azərbaycan öz ərazilərini geri qaytarıb”
“Azərbaycan öz ərazilərini geri qaytarıb”.
Gundemxeber.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində deyib.“Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilmişdi, Azərbaycan həmin əraziləri geri qaytarıb”, – Rusiya XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycana Qafqazda vəziyyəti sabitləşdirmək yollarını axtarmaqda kömək etməyə hazırdır. “Ötən ilin sentyabr ayında zorakılıq halları artdıqdan sonra biz Ermənistanın sorğusu əsasında KTMT-nin Baş katibinin rəhbərliyi altında ora xüsusi missiya göndərdik. Baş katibiAzərbaycan ilə sərhəddə yerləşən Ermənistan ərazisində KTMT missiyasının yaradılması ilə bağlı planı təqdim etdi. Plan çoxdan hazır idi, lakin Ermənistan tərəfi özü bizi tələsdirmirdi. Nəticədə İrəvanda keçirilən sammitdə müvafiq qərarın mətni hazırlandı. Amma rəsmi İrəvan bəyan etdi ki, qərar yalnız o halda lazım olar ki, onun mətnində Azərbaycanın davranışı qəti şəkildə pislənsin. Təşkilata üzv dövlətlərin heç də hamısı buna hazır deyildi.
Qarabağ müharibəsinin tarixi onilliklərə ölçülür. Ermənistan uzun illər Azərbaycanın Qarabağ ətrafında yerləşən 7 rayonunu işğal etmişdi. Rusiya çoxsaylı həll variantları təklif etsə də, Ermənistanın hələ keçmiş rəhbərliyi bu variantları müsbət qəbul etmirdi və heç vaxt iddia etmədiyi əraziləri əlində saxlamağa çalışırdı”, – Lavrov bildirib.
GUNDEMXEBER.AZ
1-09-2018, 16:46
22-11-2018, 14:43
29-04-2016, 17:48
28-08-2018, 14:36
12-06-2018, 12:36
Sorğu
Yeni dizaynımız necədir?