Pakistanın keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd həbs edilib.
Gundemxeber.az bildirir ki, Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin saxlanılmasına səbəb onun ölkənin keçmiş prezidenti və Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdariyə qarşı hədələri olub.
Polis Əhmədin Ravalpindi ilə İslamabadı birləşdirən magistral yolda həbs edildiyini bildirib. Onun üzərindən bir şüşə spirtli içki və odlu silah aşkar edilib. Həmçinin, keçmiş nazirin sərxoş vəziyyətdə olduğu qeyd olunub.
Saxlanılan şəxsin özü jurnalistlərə bildirib ki, onun həbsi Pakistanın hazırkı daxili işlər naziri Rana Sanaullahın təklifi ilə təşkil olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?