ABŞ prezidenti Barak Obamanın immiqrasiya islahatları haqqında qanundan danışdığı vaxt yenə sözü kəsilib.
Virtualaz.org "Amerikanın Səsi"nə istinadən bildirir ki, San-Fransiskoda yerləşən Çin istirahət mərkəzində çıxışı zamanı tamaşaçılardan biri Konqresdən qanunun təsdiqini istəyən Barak Obamaya müraciət edib.
O, Amerika prezidentinin sözünü kəsərək deyib ki, Obama dövlət başçısı səlahiyyətlərindən istifadə edərək deportasiyaları dayandırmalıdır. Ağ Ev başçısı isə gənclərin bu hisslərini başa düşdüyünü bildirib
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?