Arkanzas qubernatoru Sara Hakabi Sanders çərşənbə axşamı Prezident Co Baydenin hesabat məruzəsinə Respublikaçıların cavabı ilə çıxış etdi. O, çıxışında Respublikaçılarla onun sözlərinə görə, Bayden administrasiyası və Demokratların uğursuzluqları arasında fərqləri dilə gətirdi.
“Bölgü artıq sağ ilə sol arasında deyil" Sanders dedi. İndi normal ilə sərsəm arasında bir seçim var,” o bildirdi.
Sanders dedi ki, Demokratlar Amerikanı daha çox hökumət nəzarəti ilə idarə etmək istəyirlər və o “hökumətin xalqı idarə etmək üçün deyil, xalqa xidmət etmək üçün mövcud olduğuna dair əbədi Amerika ideyasına” sadiq qalmağa çağırış etdi.
Daha öncə sabiq prezident Donald Trampın administrasiyası dövründə Ağ Evin mətbuat katibi vəzifəsində çalışan Sanders dedi ki, hazırkı administrasiya “radikal sol tərəfindən tamamilə ələ keçirilib.”
O, Baydeni ölkə sərhədini qorumaq üçün kifayət qədər iş görməməkdə günahlandırdı və bildirdi ki, Baydenin “Çinə qarşı durmaqdan imtina etməsi təhlükəli və qəbuledilməzdir.”
Bayden öz çıxışında ABŞ maraqlarını irəliyə aparacaq və dünyaya faydalı olacaq şəkildə Çinlə işləmək istədiyini bildirdi və dedi ki, Çin ABŞ suverenliyini təhdid etdiyi təqdirdə “biz ölkəmizi qorumaq üçün tədbir görəcəyik.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?