GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyəni titrədən zəlzələ: Ərdoğan mayda seçilə biləcəkmi?

Türkiyəni titrədən zəlzələ: Ərdoğan mayda seçilə biləcəkmi?

Tarix: 10-02-2023, 14:42 Bölmə :Dünya Baxış: 182


7.8 bal gücündə zəlzələdən iki gün sonra Türkiyə və Suriyada ölənlərin sayı 20 mini keçib.

Türkiyədə fevralın 9-da açıqlanmış məlumata görə, zəlzələ 17 mindən çox insanın həyatına son qoyub, 63 minə yaxın yaralı var. Məlumatı fəlakətlərin idarə olunması üzrə agentlik – AFAD açıqlayıb.

Suriyada ölənlərin sayı 3500-ə çatır.

Fevralın 8-də fəlakət zonasına gedən Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin gördüyü işlərdən danışıb, vətəndaşları “təmkinli olmağa” çağırıb. Müxalifətsə Ərdoğanın vəziyyət üçün “tam məsuliyyət” daşıdığını deyir.

Suriyada 12 ildir gedən vətəndaş müharibəsi ölkəyə yardım çatdırılmasını çətinləşdirir. Bu ölkədə azı 3 min 42 nəfərin öldüyü açıqlanıb.

Çətin sınaq

“Frans Pres” agentliyi zəlzələnin may seçkilərinin Ərdoğan üçün çətin sınağa çevirəcəyini yazır.

Mayın 14-də ölkədə prezident və parlament seçkiləri keçirilməlidir. Agentlik yazır ki, 2003-cü ildə hakimiyyətə gəlmiş Ərdoğanın iqtisadiyyata qeyri-ənənəvi yanaşması nəticəsində inflyasiya şişib, istehlakçı indeksləri illik müqayisədə 85 faiz artıb. Bundan başqa qohumbazlıq, korrupsiya, ətraf mühit fəlakətlərinə hökumətin münasibəti Ərdoğanın tənqid olunduğu məsələlərdir.

Ərdoğansa bunları anlayaraq mübarizəyə başlayıb, zəlzələdən bir neçə saat sonra Ankarada mətbuat konfransı keçirib. O, Kahramanmaraşda ağlayan qadını qucaqlayır və sairə.

“Ərdoğan şübhəsiz ki, 1999-cu ildəki böyük zəlzələni, partiyasını 2002-ci ildə qələbəyə katapult etmiş fəlakəti xatırlayır, çünki o, daha yaxşı idarəçilik vəd edirdi.

O vaxtkı baş nazir Bülent Ecevit isə 1999-cu il fəlakətinin idarə olunmasına görə sərt tənqidlə üzləşmişdi”, – agentlik yazır.

Mövqeyin möhkəmləndirilməsi, yoxsa…

AFP-yə danışan ekspertlər deyiblər ki, Ərdoğan böhranı yaxşı idarə edərsə, mövqeyini möhkəmləndirə bilər. Ancaq iflası onu Ecevitin taleyi ilə üz-üzə qoyar.

“Fövqəladə vəziyyətə effektiv reaksiya AKP liderinin və partiyasının mövqeyini möhkəmləndirə, Ərdoğanın rəhbərliyi altında milli həmrəylik hissi yarada bilər”, – Londonda yerləşən Teneo siyasi risk konsultasiyası şirkətindən Volfanqo Pikkoli (Wolfango Piccoli) deyir.

“Ancaq zəlzələnin miqyasının böyüklüyü, 10 cənub vilayətinin ziyan görməsi hökumətə böyük problem yaradacaq”, – o, qeyd edir.

“Zəlzələdən sonrakı reaksiya uğurlu olmasa, Ərdoğan may seçkisini uduza bilər”, – Britaniyada yerləşən Xarici Siyasət Mərkəzinin tədqiqatçı əməkdaşı Emre Çalışkan söyləyib.

Bu arada Türkiyənin cənubunda hakimiyyətdən məyusluq artır. Ümidsiz ailələr hökuməti onların yaxınlarını dağıntılar altından çıxara bilmədiyinə görə tənqid atəşinə tuturlar.

Bəziləri ərzaq və sığınacağın gəlib çıxmasının 24 saatdan çox çəkdiyini deyirlər.

Qəzəb

Zəlzələ vaxtı Türkiyədə olmuş, faciədə yaxınlarını itirmiş təhlilçi Gonul Tol deyir ki, ən çox ziyan görmüş əyalətlərdən olan Hatayda hissediləcək qəzəb var.

“Bu məyusluğun Ərdoğana təsir göstərməyəcəyini təsəvvür etmirəm. Qəzəbi yerində gördüm. Əminəm ki, ona təsir göstərəcək”, – ABŞ-da yerləşən Yaxın Şərq Institutunda Türkiyə proqramının direktoru Tol vurğulayır.

Tol 1999-cu ildə vətəndaş cəmiyyəti təşkilatlarının qurbanlara kömək üçün fasiləsiz işlədiyini yada salır.

Bu dəfə isə vətəndaş cəmiyyəti yaxşı durumda deyil, Ərdoğan 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra onların çoxunu sıradan çıxarıb.

Dəstəkçi media

Bu arada ənənəvi mediada Ərdoğanın tənqidinə demək olar rast gəlinmir. Xəbər kanalları dağılan evlərin pis konstruksiyasından çox az danışırlar. Uçan evlərin bəziləri altı ay, bir il əvvəl tikilibmiş.

1999-cu il fəlakətindən sonra hökumət yeni binaların zəlzələyə davamlılığı üçün tikinti qaydaları tətbiq etmişdi. Elə müxalifət də zəlzələdə ölü sayının böyük olmasını tikintilərin keyfiyyətsizliyi ilə izah edir.

17 min insanın öldüyü 1999-cu il zəlzələsindən sonra qəzetlər dərhal hökumətin reaksiyasını tənqid edirdilər. Bu dəfə durum fərqlidir.

“Əsasən dəstəkçi yerli media o deməkdir ki, Ərdoğan narrativi idarə edərək durumdan faydalana bilər”, – “Economist Intelligence Unit”in Avropa üzrə aparıcı konsultantı Adelin Van Hut (Adeline Van Houtte) agentliyə bildirib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb - Yenilənib

    Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatıb, ...

    7-02-2023, 11:05

  • 
  • İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfərə çatdı -YENİLƏNİB

    İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 76 ...

    2-11-2020, 08:57

  • 
  • İndoneziyada zəlzələ azı 98 nəfərin həyatına son qoyub

    İndoneziyada zəlzələ azı 98 nəfərin həyatına son ...

    7-08-2018, 11:34

  • 
  • Türkiyədə daha bir zəlzələ

    Türkiyədə daha bir zəlzələ ...

    27-05-2014, 10:42

  • 
  • Çində dəhşətli zəlzələ: 13 ölü, 175 yaralı

    Çində dəhşətli zəlzələ: 13 ölü, 175 yaralı ...

    9-08-2017, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu