Türkiyədə Elmlər Akademiyasının üzvü, professor Naci Gorur deyib ki, Kahramanmaraj zəlzələsindən sonra indi onu İstanbul narahat edir.
“Bunu ilk dəfə deyirəm, bütün Türkiyə eşitsin. Türkiyədə ən çox zəlzələ yaradan iki qırılma xətti var: Biri şimali Anadolu, digəri şərqi Anadolu qırılma xəttidir. Hər ikisinin enerjisinin böyük bir qismi boşaldı. Bu isə o deməkdir ki, qarşımızdakı bir neçə yüz il boyunca Türkiyədə çox böyük bir zəlzələ olmayacaq. Amma bizim yenə də narahat olduğumuz yerlər Bingöl ilə Karlıova arasındadır”, - deyir.
DHA-ya müsahibə verən Görür "İstanbulda vəziyyət heç yaxşı deyil”, deyib: “Necə ki 3 gün əvvəl “Maraşdan narahatıq” yazmışdım, eynilə də İstanbuldan narahatam. Bütün elmi araşdırmalar İstanbulda vaxtın yetişdiyini göstərir. Aşağı-yuxarı 30 il içərisində zəlzələnin gözlənildiyi deyilirdi, 23 il keçdiyinə görə, demək istəyirəm ki, zəlzələ artıq böyük ölçüdə yaxınlaşıb”.
O, bir neçə il öncə vaş vermiş Elazığ zəlzələsini xatırladıb:
“Elazığ zəlzələsi olan vaxt bəyanat verdim. Elazığ zəlzələsi şərqi Anadolu qırılma xətti üzərində oldu, o xətt oyandı. Daha əvvəl o qırılma xətti zəlzələ yaratmırdı. Demişdim ki, 21-ci əsrdə zəlzələ yaradaraq enerjisini boşaldacaq”, -deyə Kahramanmaraj zəlzələsi ilə bağlı 3 gün əvvəl xəbərdarlıq etdiyini vurğulayan professor Naci Görür bildirir.
“Şərqi Anadolu qırılma xətti Elazığı yardıqdan sonra Kahramanmaraş, Çelikhan, Erkenek və Hatay bölgələri təhdid vəziyyətinə gəlmişdi. Bundan sonra mən böyük zəlzələlərin bu rayonlarda olacağını düşünürəm” demişdim”, alim əlavə edib.
Naci Görür bildirib ki, o, dəfələrlə Kahramanmarajla bağlı xəbərdarlıq edib: “Onsuz da Maraşda önəmli bir enerji yığılıbsa, bir də siz əlavə bir enerji köçürmüsünüzsə, Maraşdan qorxmağa başlayacaqsınız. Bax, bu qorxuya, gözləntiyə görə “Maraşa diqqət edin” deyirdim. “Zəlzələ hazırlıqlarına başlayın, burada şəhər yenilənməsinə laqeyd yanaşmayın”, deyə yazdım-cızdım, dedim. Təəssüf ki, 6 fevral gəldi, 7,7 və 7,6 böyüklüyündə iki zəlzələ oldu”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?