Gundemxeber.Az bildirir ki, Birləşmiş Ştatlar vətəndaşları Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun "gözlənilməz nəticələri" səbəbindən Rusiyaya səyahət etməkdən çəkinməli, ölkədəkiləri isə təcili olaraq ölkəni tərk etməlidirlər. Bu barədə ABŞ-ın Moskvadakı səfirliyinin veb saytında dərc olunmuş xəbərdarlıqda bildirilib.
Diplomatik missiyanın saytında yerləşdirilən mesajda qeyd edilib ki, Rusiya hakimiyyəti amerikalıların Rusiyada ikili vətəndaşlığını tanımaqdan imtina edə, onları konsulluq yardımından məhrum edə, səfərbərliyə və hərbi xidmətə çağıra, eləcə də onların ölkəni tərk etməsinə mane ola bilər.
"Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez hərəkətə keçməlisiniz. ABŞ səfirliyinin vətəndaşlarına ölkəni tərk etməsinə yardım etmək imkanlarında ciddi məhdudiyyətləri var və nəqliyyat imkanları gözlənilmədən daha da məhdudlaşa bilər" - deyə, bəyanatda bildirilib.
Bundan əlavə, ABŞ səfirliyi Rusiyadakı vətəndaşlarına "qanunsuz həbslər riski ilə əlaqədar ehtiyatlı davranmağı", "hər hansı siyasi və ya sosial etirazlardan çəkinməyi" və bu cür hərəkətlər zaman kəşfiyyatçıların şəklini çəkməməyi tövsiyə edib.
Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Amerikanın Moskvadakı səfirliyi öz vətəndaşlarına dəfələrlə müraciət edərək, Rusiyanı tərk etməyə çağırıb. Sonuncu dəfə belə bir müraciət sentyabrın sonunda ölkədə elan edilən "qismən" səfərbərlikdən sonra edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?