GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Suriyada zəlzələdən 5700 nəfərin öldüyü bildirilir

Suriyada zəlzələdən 5700 nəfərin öldüyü bildirilir

Tarix: 14-02-2023, 16:31 Bölmə :Dünya Baxış: 169


Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya hökumətinin ötən həftə baş verən dağıdıcı zəlzələlərdən sonra ölkəyə daha çox yardımın gəlməsi üçün əlavə iki sərhəd qapısının açılmasına razılıq verdiyini bildirib. GundemXeber.Az-ın əldə etdiyi məlumata görə BMT Baş katibi Antonio Guterres-in sözçüsü BBC-yə deyib ki, “[sərhəd qapısının açılması] böyük fərq yaradacaq. Bugünədək sadəcə bir sərhəd qapısından istifadə edirdik”.


Bir çox suriyalı vətəndaş müharibəsi yaşayan ölkəyə kifayət qədər yardım göstərilməməsinə görə qəzəbli idi. Bəşər Əsəd hökuməti isə xilasetmə zamanı yaşanan çətinliklərə görə Qərbin Suriyaya qarşı tətbiq etdiyi embarqoları səbəb göstərib. Lakin beynəlxalq yardım təşkilatları əsas maneə kimi Suriyadakı iqtidarın pis idarəetməsini və ölkənin bütün regionları ilə maraqlanmamasını göstərir.

Zəlzələ zamanı Suriyada indiyə qədər 5 min 700 nəfərin öldüyü bildirilir.Yardım təşkilatları zəlzələ nəticəsində Türkiyədə 1 milyondan çox insanın evsiz qaldığını, Suriyada isə bu rəqəmin daha çox ola biləcəyini deyir.

BMT Suriya lideri Əsəd ilə Şamda reallaşdırılan görüşmələrdən sonra Türkiyə sərhədindəki Bab əl-Salam və Əl-Rae sərhəd qapılarının açılacağını qeyd edib.

Müxalifət qüvvələrinin nəzarətində olan sərhəd keçid məntəqələrinin ilkin mərhələdə üç ay müddətinə açıq qalacağı bildirilib. “Ümid edirəm, razılaşma istifadə ehtiyacı bitənədək qüvvədə qalacaq. Bu keçidlərdən mümkün olduğu qədər tez bir zamanda istifadə etməyə başlayacağıq”, - Guterres-in sözçüsü Stephane Dujarric vurğulayıb.

Lakin BMT rəsmisi sərhəd buraxılış məntəqələrinin dəqiq nə zaman açılacağı barədə məlumat verməyib. Dujarric sərhəd qapılarının açılması ilə bağlı Suriyanın icazəsini almaqda yaşanan gecikmələrə də haqq qazandırıb.

“BMT ilə əlaqəli olmayan təşkilatların da bu qapını istifadə etdiklərini bilirik. Biz məlum parametrlər çərçivəsində hərəkət etmək məcburiyyətindəyik, BMT-nin təbiəti belədir”, - sözçü əlavə edib. Suriya lideri Əsəd isə bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Zəlzələdən sonrakı ilk günlərdə Suriya hökumətinin nəzarətində olan bölgələrə Rusiya, İran və BƏƏ kimi ölkələrdən müəyyən yardımlar göndərilib.

Lakin müxaliflərin nəzarətində olan ölkənin şimal-qərb bölgələrinə isə yardım edilməyib. Bunun səbəbi isə bu ərazilərə beynəlxalq humanitar yardımın Türkiyə tərəfdən açıq olan tək sərhəd qapısı üzərindən ya da Suriya hökumətinin nəzarətində olan bölgələrdən göndərilə bilməsidir.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Suriya ordusunun hava hücumları nəticəsində 100-dən çox mülki şəxsin öldüyü bildirilir

    Suriya ordusunun hava hücumları nəticəsində ...

    20-02-2018, 17:42

  • 
  • İndoneziyada zəlzələ azı 98 nəfərin həyatına son qoyub

    İndoneziyada zəlzələ azı 98 nəfərin həyatına son ...

    7-08-2018, 11:34

  • 
  • Azad Suriya Ordusunun Baş Qərargah rəisindən şok açıqlama

    Azad Suriya Ordusunun Baş Qərargah rəisindən şok ...

    25-07-2013, 12:27

  • 
  • Bəşər Əsəd ABŞ vergi ödəyicilərinin pulları ilə yardım alır -  Foreign Policy

    Bəşər Əsəd ABŞ vergi ödəyicilərinin pulları ilə ...

    25-06-2017, 12:07

  • 
  • Bəşər Əsədin vəzifədən getməsi daha ABŞ üçün "prioritet sayılmır"

    Bəşər Əsədin vəzifədən getməsi daha ABŞ üçün ...

    1-04-2017, 09:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu