GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Bəşər Əsəd ABŞ vergi ödəyicilərinin pulları ilə yardım alır - Foreign Policy

Bəşər Əsəd ABŞ vergi ödəyicilərinin pulları ilə yardım alır - Foreign Policy

Tarix: 25-06-2017, 12:07 Bölmə :Dünya Baxış: 335
Bəşər Əsəd ABŞ vergi ödəyicilərinin pulları ilə yardım alır -  Foreign Policy


Amerikanın analitik Foreign Policy jurnalı ABŞ-ın Suriyaya göstərdiyi humanitar yardımla Bəşər Əsəd rejiminin ömrünü uzatdığını yazıb.

Gündəm Xəbər Musavat.com-a istinadən xəbər verir ki, siyasi icmalçı Kolum Linç tərəfindən bununla bağlı maraqlı məqalə dərc olunub.

Jurnalist Suriyada tonlarla mərci, duz, bitki yağı və buğdanın İl-76 təyyarəsinə yüklənərək rus pilotları vasitəsilə Suriyanın şimal-şərqində yerləşən və İŞİD terrorçularının mühasirəsində qalan Deyr-əz Zor şəhərinə çatdırıldığını və yükün paraşüt vasitəsilə şəhərin hökumət qüvvələri tərəfindən nəzarət olunan hissəsinə atıldığını yazır.

Məqalədə ABŞ, habelə Böyük Britaniya, Almaniya, Kanada və Hollandiyanın əməliyyatın ilk aylarından 10 milyon dollardan daha çox yardım göstərdiyi yazılıb. Bu günə qədər şəhərə 260-dan çox yük atılıb. Yüklərin ümumi məbləği 36-65 milyon dollar arasındadır. Müəllif bu əməliyyatın BMT-nin Ümumdünya ərzaq təşkilatının (WFP) tərəfindən təşkil olunduğunu və 3 ildən artıqdır mühasirədə qalan minlərlə şəhər sakininin həyatını xilas etdiyini vurğulayır.

Lakin Kolum Linçin fikrincə, əsasən ABŞ və Avropa vergi ödəyicilərinin cibinin hesabına həyata keçirilən bu əməliyyat Suriya rejiminə, habelə onun Rusiya və İran kimi himayədarlarına kömək etməkdən başqa bir işə yaramır. Müəllif şəhərin xüsusilə İran üçün olduqca vacib strateji əhəmiyyət daşıdığına diqqət çəkib.

Yazıda Suriya və onun müttəfiqlərinin ABŞ, BMT və digər beynəlxalq donorların xeyirxahlığından istifadə edərək vətəndaş müharibəsinin gedişində öz hərbi maraqlarını güddüyü qeyd edilir. Müəllifin yazdığına görə, əvəzində Suriya hökuməti müxalifət tərəfindən nəzarətdə tutulan şəhərlərdə aclıq keçirən yüz minlərlə insana heç bir ərzaq və dərman yardımı göstərilməsinə yol vermir.

Məqalədə ABŞ-ın himayəsində olan qüvvələrin son aylarda Rakkaya etdiyi hücumlardan sonra İŞİD silahlılarının Deyr-əz-Zora doğru qaçdığı bildirilir. Hökumət güclərinin isə Rusiya və İranın köməyi ilə ölkənin şərqinin yenidən hakimi olmaq və İraqla sərhəd qapılarına nəzarəti ələ keçirmək niyyətində olduğu xəbər verilir.

Müəllifə görə, Deyr-əz-Zorun ələ keçirilməsi Əsədə Suriyanın şərqində, ən az Fərat çayının aşağısına qədər ərazilərə hökm etməsinə şərait yaradacaq. Lakin bu, ABŞ-ın heç arzu etmədiyi, Tehran rejiminə “şiə ayparası” deyilən, yəni İranı İraq, Suriya və Livandakı müttəfiqiləri ilə bağlayacaq quru dəhlizini yaratmağa şərait yaradacaq.

Müəllif Rusiyanın yüklərin atılması zamanı siyasi dəstək verdiyini bildirsə də bir qəpik də pul xərcləmədiyini qeyd edir. Üstəlik Rusiya KİV-ləri bir ağızdan humanitar əməliyyatn yalnız Moskvanın səyləri ilə baş tuduğunu və hətta yüklərin də Rusiyaya aid olduğunu yazaraq ölkələri üçün əlavə təbliğat xalları toplamaqla məşğuldur.

Kolum Linç yükləri daşıyan Rusiya firması ilə də bağlı qaranlıq şübhələrin mövcud olduğunu bildirir. Belə ki, Deyr-əz-Zeyrə humanitar yardım Rusiyaya məxsus Nikolay Ustimenko (ata) və Pavel Ustimenkoya (oğul) məxsus “Abakan eyr” firması vasitəsilə həyata keçirilir. Bu firmaya əvvəllər BMT ilə iş qurmaq qadağan olunub. Belə ki, ata və oğula aid digər bir şirkət BMT-də çalışan və təchizat məsələlərinə baxan bir rus əməkdaşına rüşvət verməkdə ittiham olunur.

“Əməliyyatı tənqid edən ekspertlər Rus şirkətinin atdığı yüklərin, əsasən də ərzağın yalnız Suriya hərbçilərinə və ya rejimə sadiq adamların evlərinə getdiyini qeyd edilər”, - məqalə müəllifi yazır.

ABŞ Dövlət departamenti isə bütün yarıdmların yalnız Suriya hökumətinin nəzarət etdiyi bölgələrə və rejimə yaxın insanlara getməsindən narazılğını dilə gətirməyə başlayıb. Departamentin yüksək rütbəli məmurları humanitar yardımın dərhal dayandırılmasını tələb edirlər.

Buna rəğmən məqalədə ABŞ-ın bütün bunları bilərək başqa çarəsi olmadığı bildirilir. “Vaşinqton İŞİD-in Deyr-əz Zoru ələ keçirərək xilafəti möhkəmləndirməsinə razı deyil” - yazıda qeyd olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-dan ziddiyyətli açıqlama: Prosesə Əsəd də qatılmalıdır

    ABŞ-dan ziddiyyətli açıqlama: Prosesə Əsəd də ...

    10-04-2017, 11:26

  • 
  • Bəşər Əsəd: "ABŞ məqsədinə çata bilmədi"

    Bəşər Əsəd: "ABŞ məqsədinə çata bilmədi" ...

    9-04-2017, 22:11

  • 
  • “Soçi olimpiadasından sonra Qafqazda müharibə başlaya bilər”

    “Soçi olimpiadasından sonra Qafqazda müharibə ...

    1-01-2014, 18:42

  • 
  • ABŞ Bəşər Əsədin evini bombalayacaq

    ABŞ Bəşər Əsədin evini bombalayacaq ...

    6-09-2013, 13:59

  • 
  • Bəşər Əsəd ailəsilə birgə Suriyadan qaçıb

    Bəşər Əsəd ailəsilə birgə Suriyadan qaçıb ...

    7-12-2012, 16:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu