Bu zəlzələdə həlak olanların sayı Türkiyədə 1939-cu il zəlzələsində ölənlərin sayından çoxdur və bu, təbii fəlakət Türkiyənin müasir tarixinin ən dağıdıcısı hesab edilir.
Suriyada üsyançıların anklavında və hökumətin nəzarətində olan ərazilərdə ölənlərin ümumi sayı 5800 nəfərə çatıb.
UNICEF-in sözçüsü James Elder jurnalistlərə açıqlamasında deyib ki, "Türkiyədə iki zəlzələdən zərər çəkmiş 10 əyalətdə yaşayan uşaqların ümumi sayı 4,6 milyon nəfər olub. Suriyada isə 2,5 milyon uşaq zərər çəkib".
Türkiyənin Kahramanmaraş bölgəsində xilasedicilər dağıntıların altında 200 saata yaxın qalmış iki kişini xilas edə biliblər.
Kahramanmaraşın başqa bir bölgəsində xilasedicilər zəlzələdən və sonrakı təkanlardan sağ çıxmış hesab olunan bir ailənin üç üzvünü - nənə, ana və qızı tapmağa çalışırlar.
GundemXeber.Az Türkiyə mediasına istinadla xəbər verir ki, xilasedicilər hələ də dağıntılar altında həyat əlamətlərinin tapıldığı bir neçə yerdə sağ qalanları tapmağa ümid edirlər.
Türkiyə prezidenti Ərdoğanın çərşənbə axşamı verdiyi məlumata görə, xilasetmə işlərində ümumilikdə 249 min insan iştirak edir.
Türkiyə Sahibkarlıq və İşgüzar Konfederasiyanın həftə sonu açıqladığı hesabatda zəlzələnin iqtisadi ziyanı 84,1 milyard dollar olaraq qiymətləndirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?