Gundemxeber.az » Dünya » Paşinyanın düşməni olan general saxlanıldı
Ermənistanda Paşinyan hakimiyyətinə müxalif olan qüvvələrin təmizlənməsi prosesi davam edir
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturov saxlanılıb.
Qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsi Xaçaturovun həbsi ilə bağlı məhkəmədə vəsatət qaldıracaq.
Nəşrin məlumatına görə, Xaçaturov baş prokuror Anna Vardapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət təqibi üçün parlamentdən icazə aldıqdan sonra saxlanılıb.
Qeyd edək ki, Qriqori Xaçaturovun atası Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində işləyib.
Keçmiş prezident Robert Koçaryanın tərəfdarı kimi tanınan Xaçaturov 2021-ci ilin martında Nikol Paşinyanın istefasını tələb etmişdi. O, bəyanat yayaraq bildirmişdi ki, N.Paşinyanın Ermənistana rəhbərlik etdiyi hər yeni gün dövlətin təhlükəsizlik sistemini sarsıdır və gələcəyini şübhə altına alır.
2021-ci ilin iyulunda Ermənistanın o zamankı prezidenti Armen Sarkisyan Qriqori Xaçaturovun Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri vəzifəsindən azad edilməsi haqqında fərman imzalamışdı.
Gundemxeber.az
2-11-2018, 17:10
4-08-2021, 12:34
4-09-2018, 13:19
9-05-2019, 16:44
9-01-2019, 13:20
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?