Gundemxeber.az » Dünya » Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərər açıqlanıb
Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) apardığı araşdırmada 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, araşdırma qrupundan olan Maykl Qroemlinq müharibənin “böyük qlobal iqtisadi əhəmiyyətə” malik olduğunu vurğulayaraq, enerji və xammal tədarükü ilə bağlı problemlərin şirkətlərə təzyiq göstərdiyini bildirib.
Araşdırmanın nəticələrində qlobal iqtisadiyyatın 2022-ci ildə 1,6 trilyon dollar gəlir əldə edə biləcəyi, ancaq müharibə səbəbindən bunun mümkün olmadığı bildirilib.
Bundan əlavə, Qroemlinq 2023-cü ildə qlobal əlavə dəyər itkisinin 1 trilyon dollar olacağını proqnozlaşdırdığını deyib.
“Təəssüf ki, bu il təhlükə hələ də keçməyib”, - deyə o bildirib.
GUNDEMXEBER.AZ
17-09-2020, 16:19
8-12-2012, 10:17
3-12-2014, 22:27
28-03-2020, 11:14
28-03-2018, 14:29
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?