Gundemxeber.az » Dünya » Saakaşvilinin vəziyyəti kritik həddə: həkimlər həyəcan təbili çalır
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti kritik həddə pisləşib. Bunun səbəbi pasientin yeməkdən imtina etməsidir.
Gundemxeber.az-ın Gürcüstan mediasına istinadən məlumatına görə, bu barədə mətbuat konfransında siyasətçinin müalicə aldığı özəl klinikanın həkimi Tamara Davaraşvili bildirib.
Həkim əlavə edib ki, Saakaşvilinin ümumi zəifliyi var. Vaxtının çoxunu yataqda keçirir, əzaları ağrıyır.
“Ən acınacaqlısı odur ki, qidalanma hələ də balanssızdır. Hər şeyə baxmayaraq, o, bu balanssız qidanı qəbul edir və həzm edir”, – Davaraşvili əlavə edib.
Klinikanın endokrinoloqu Sofo Mebuke öz növbəsində qeyd edib ki, Saakaşvili gündə 300-400 kalori qəbul edir ki, bu da çox aşağı göstəricidir. Müsbət dinamika üçün onun gündə ən azı 1,7 min kalori qəbul etməsi lazımdır.
Mebukenin sözlərinə görə, Saakaşvili yemək istəməməsini həbsdə olması ilə əlaqələndirir.
Klinik direktor Zurab Çxaidze qeyd edib ki, Saakaşvili parenteral qidalanmadan imtina etməkdə davam edir. Eyni zamanda araşdırmalar göstərib ki, onun orqanizmi qida qəbul etməyə qadirdir.
9-04-2013, 11:34
25-08-2017, 12:10
3-10-2017, 17:38
22-02-2019, 21:00
12-02-2018, 22:13
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?