Gundemxeber.az » Dünya » Qazaxıstanda helikopter qəzası 4 nəfərin həyatına son qoydu
Qazaxıstanın Qərbi Qazaxıstan vilayətində “Kazaviaspas” ASC-yə məxsus Mi-8 helikopterinin sərt enişi nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Son məlumatlara görə, Fövqəladə Hallar Nazirliyinin axtarış qrupu helikopterə çatıb. 4 nəfər ölüb, 2 nəfər yaralanıb”, - məlumatda deyilir.
Qeyd edək ki, fevralın 23-də helikopter Qərbi Qazaxıstan vilayətinin Çapurino kəndindən 6 km aralıda sərt eniş edib. O, “Kaztransoil” şirkətinin sifarişi ilə neft kəmərinin ətrafında uçub. Həmin vaxt açıqlanan məlumata görə, helikopterin göyərtəsində beş ekipaj üzvü və iki sərnişin olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Gundemxeber.az
25-12-2019, 11:09
6-06-2016, 12:31
4-08-2018, 13:53
24-12-2015, 11:23
31-10-2018, 11:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?