“Prezident Cozef Bayden administrasiyasının İnqilab Keşikçiləri Qvardiyası ilə bağlı mövqeyi aydındır: o, dünyadakı istənilən qurumdan daha çox ABŞ-ın sanksiyalarına məruz qalıb”.
Gundemxeber.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Amerikanın Səsi”nin farsca redaksiyasının uyğun sualına cavabında bildirib.
O, Böyük Britaniyanı qvardiyaya İran xalqına təzyiqlər etdiyinə görə son sanksiyaları alqışladığını vurğulayıb. Son günlər bəzi KİV-də qvardiyaya sanksiya tətbiq etmədiyi üçün Vaşinqtonun krallığı müdafiə etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən Ned Prays əlavə edib: “Bəzi şəxslərin və medianın tamamilə yalan xəbərlər yayaraq ABŞ rəsmilərini aşağılamaq cəhdi utancvericidir”.
N.Prays bildirib ki, inqilab keşikçiləri ilə bağlı mövqeləri zərrə qədər də dəyişməyib: “Müttəfiqlərimizi və tərəfdaşlarımızı SEPAH-a təzyiq göstərmək üçün bütün lazımi vasitələrdən istifadə etməyə çağırırıq. Ancaq indi qərar vermək hər bir dövlətdən və ya ölkələrin blokundan asılıdır”.
Qeyd edək ki, fevralın 22-də Britaniyada çıxan “The Telegraph” qəzeti ABŞ Prezidenti Cozef Baydenin diplomatlarının Britaniya hökumətinə SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil etməməsi ilə bağlı təzyiq göstərdiyini yazıb.
Qəzetin yazdığına görə, ABŞ Dövlət Departamenti Böyük Britaniyanın Tehranla danışıqlarda əsas rol oynaya biləcəyini və qvardiyanı terror təşkilatı kimi tanıyacağı halda mövqeyinin zəifləyəcəyini iddia edib.
ABŞ Dövlət Departamentinin sözçüsü bu iddiaları təkzib edib.
Xatırladaq ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bu hərbi qurumun terrorçular siyahısına daxil edilməsinə razılıq verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?