Böyük Britaniya dünyanın müxtəlif ölkələrindən Ukrayna üçün silah almaq məqsədilə gizli işçi qrupu yaradıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Qəzet əlinə keçən müəyyən bir sənədə və adı açıqlanmayan mənbələrə istinad edir. Nəşrdə qrupun işi ilə bağlı heç bir təfərrüat verilmir.
Qeyd olunub ki, hazırda Qərb dövlətləri də özlərinin ehtiyatlarının tükənməsi fonunda Ukraynanı silah və sursatla təmin etmək üçün müxtəlif səylər göstərirlər.
Bildirilib ki, Rusiya istehsalı olan sursatların axtarışına xüsusi diqqət yetirilir, çünki Ukrayna ordusunun əhəmiyyətli bir hissəsi hələ də müvafiq silahlardan istifadə edir.
Xüsusilə, Bolqarıstanda Sovet İttifaqı dövründə tikilmiş zavodlardan silah istehsalı xeyli artıb. Nəticədə 2022-ci ildə Bolqarıstandan silah ixracı 3 milyard dolları ötüb ki, bu da 2019-cu illə müqayisədə beş dəfə çoxdur. Qəzet silah və sursatın böyük hissəsinin Ukraynaya getdiyini ehtimal edir.
ABŞ nümayəndələri həmçinin Bosniya və Herseqovina və Serbiyadakı müəssisələri sovet tipli sursat istehsalına cəlb etməyə çalışırlar. İlk növbədə, söhbət artilleriya mərmilərindən gedir. Çexiya kimi bir neçə ölkə sovet dövründən qalan bu sursat ehtiyatlarını artıq Ukraynaya verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?