Rusiya Prezidenti Vladimir Putin yaxın illərdə səfərbərlik resurslarının çatışmazlığı və çağırışçıların sayının artırılması zərurəti ilə üzləşə bilər.
Gundemxeber.az bildirir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilib.
Bildirilir ki, Rusiyanın hərbi xidmətə çağırış sistemi hər il 260 min yeni əsgəri hərbi xidmətə çağırır. Ancaq müharibə fonunda Putin gələcəkdə səfərbərlik resursunu genişləndirmək üçün çağırışçıların sayını artırmaq barədə düşünə bilər.
Bununla belə, qeyd olunur ki, qərar demoqrafiya qanunlarına uyğun gəlmir. Çünki Rusiyada hər il təqribən 800 minə yaxın gəncin 18 yaşı tamam olur. Çağırışçıların ştatının genişləndirilməsi fiziki cəhətdən zəif əsgərlərin sayının artmasına, həm də Putinin müharibəyə sövq etdiyi gənclərin ölkə iqtisadiyyatından “yuyulması” prosesinə səbəb olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?