GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Dron hücumu. Rusiya regionlarına PUA hücumları nələri üzə çıxardı?

Dron hücumu. Rusiya regionlarına PUA hücumları nələri üzə çıxardı?

Tarix: 3-03-2023, 16:43 Bölmə :Dünya Baxış: 181


Rusiyanın müxtəlif bölgələrinə kütləvi dron hücumları Moskvanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibədən bu yana ən böyük hadisədir

Gundemxeber.az bildirir ki, bazar ertəsi axşam saatlarında Belqorod şəhərinə 3 dron düşüb (və ya vurulub). Digər belə hadisə Bryansk rayonunda yerləşən Suraj yaşayış məntəqəsində qeydə alınıb. Gecə saatlarında baş verən başqa bir dron hücumu Tuapse şəhərindəki neft anbarında partlayışa səbəb olub. Rusiya Federasiyasının tərkibindəki Adıgey Respublikasına da dron düşüb. Daha bir dronun çərşənbə axşamı səhər saatlarında Moskva yaxınlığındakı Kolomenski rayonunda yerləşən qaz-kompressor stansiyasına düşdüyünə dair məlumatlar yayılıb.

Son olaraqsa Leninqrad rayonunda uçan naməlum obyekt görüldüyü üçün bu bölgənin hava məkanı müəyyən müddətə qapadılıb. “Fontanka” regional xəbər saytı öz mənbəsinə istinadən belə yazıb.

Müxtəlif mənbələrin yaydığı məlumata görə, rusiyalı hərbçilər Uçuşların Vahid İdarəedilməsi Sisteminə Rusiya hava sərhədinin pozulması cəhdini işarə edən “Kover” siqnalı göndəriblər. Qaydalara görə, bu siqnaldan sonra bütün növ mülki təyyarələr dərhal yerə enməlidir.

Daha sonra açıqlama verən Rusiya Müdafiə Nazirliyi bunun “mülki uçuşlara nəzarət edən qurumlarla birlikdə” keçirilən təlim olduğunu deyib və döyüş təyyarələrinin havaya qalxdığını bildirib.

Havada hər hansı obyektin olub-olmamasına dair dəqiq məlumat yoxdur.

Kiyev bununla bağlı hər hansı açıqlama verməyib. Bir ildən çoxdur Ukraynada genişmiqyaslı müharibə gedir və bu müddət ərzində bu ölkə Rusiyaya qarşı həm də dronlardan istifadə edib. Sözügedən hücumların arxasında Ukrayna Silahlı Qüvvələrinin dayandığı güman edilir.

Bundan başqa, dekabrın əvvəllərində Rusiyanın Saratov və Ryazan vilayətlərində yerləşən bəzi aerodromlar da pilotsuz uçuş aparatlarıyla vurulub. Onda Rusiya Müdafiə Nazirliyi bu hücumlara görə Ukraynanı ittiham etmişdi və bildirmişdi ki, sovet dövürünün kəşfiyyat PUA-ları hücum dronlarına transformasiya edilib. Ukrayna ordusunun arsenalında bu hədəflərə çata bilən yeganə aparat “Tu-141” dronudur.

İtkilərlə bağlı hər hansı məlumat yoxdur. Tuapsedə baş verən partlayış nəticəsində dağıntılar olduğu, Belqoroddakı çoxmərtəbəli binalara zərər dəydiyi bildirilir. Amma dronların hamısında döyüş başlıqlarının və ya partlayıcı qurğuların olub-olmadığı dəqiq bilinmir.

Hazırlanmış, koordinasiya edilmiş hücumlar

Bu hücumlar əvvəlkilərdən fərqlənir.

Moskva regionuna dron düşməsi ilk dəfədir baş verir. Bu isə o deməkdir ki, hökumət binaları, kritik infrastrukturlar və əhali də daxil olmaqla, Moskva potensial hücuma məruz qala bilər.

Dronun Moskva regionuna qədər gəlub çıxması, təbii ki, paytaxt sakinlərinə psixoloji təsir edir. Müşahidəçilərin dediyinə görə, müharibənin döyüş bölgəsindən yüzlərlə kilometr uzaqda olan Moskvada hiss edilməsi, qeyri-mümkündür.

Buna baxmayaraq yanvarın sonlarında Moskvada bəzi yaşayış binalarının üzərində hava hücumundan müdafiə (HHM) sistemləri qurulandan sonra bəzi sakinlər sosial mediada narahat olduqlarını və bunu mümkün təhlükə kimi qəbul etdiklərini yazmışdılar. İndi isə belə bir təhlükə fərziyyədən reallığa çevrildi.

Ukrayna sərhədiylə PUA-nın Moskva vilayətində düşdüyü yer arasındakı məsafə 450 kilometrdən çoxdur. Tuapsedən Ukraynanın cəbhə xəttinə təxminən 420 kilometr, Adıgeyin Novıy kəndindənsə təxminən 380 kilometr məsafə var. Digər mühüm məqam budur ki, bir neçə PUA təxminən eyni vaxtda, bir neçə saat fərqlə qeydə aşkarlanıb. Hətta müasir hava hücumundan müdafiə (HHM) sistemləri olan ölkə üçün də bir neçə istiqamətdən edilən hücumları dəf etmək eyni yerdəki böhranın öhdəsindən gəlməkdən daha çətindir.

Hələ səhər saatlarında Rusiyanın bir sıra bölgələrində yerli radio və televiziya kanalları hava hücumu barədə məlumat veriblər, həyəcan siqnalı fonunda əhaliyə müraciət ediblər ki, dərhal sığınacaqlara getsinlər. Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, hakerlər hava hücumuyla bağlı xəbərdarlıq sistemlərini sındırıblar.

Əgər həqiqətən belə olubsa, belə hücumlar Rusiya ərazisinin müdafiəsizliyi faktının psixoloji təsirini yalnız artıra bilər.

Müxtəlif aparatlar

Hücum nəinki kütləvi və koordinasiyalı olub, üstəlik, müxtəlif aparatlarla icra edilib.

Adıgeydə dronun düşdüyü yerdən çəkilmiş fotoşəkillərdən məlum olur ki, aparat turbojet mühərriklə təchiz olunub – şəkillərdə turbinin qanadları çox aydın görünür. Tuapsedəki obyektin vurulması isə müşahidə kamerasının obyektivinə düşüb. Yəqin ki, bu kamera səsi də qeydə alıb, amma kadrlardakı video və audio yazıları üst-üstə düşmür. Bu, orijinal səsdirsə, demək ki, dronun yerə dəyənə qədər işləyən mühərriki reaktiv mühərrik olub.

Ukraynada döyüşlər
“Tu-141” – Ukraynada hücumçu PUA-ya çevrildiyi ehtimal edilən köhnə sovet pilotsuz təyyarəsi

Əgər hücumları Ukrayna Silahlı Qüvvələri həyata keçiribsə, yəqin ki, bu reaktiv PUA-lar sovet dövründəki “Tu-141” pilotsuz təyyarələrinin dəyişdirilmiş formasıdır. Ukrayna uzaq mənzilli və strateji aerodromlara dekabr ayındakı hücumları zamanı da belə dronlardan istifadə etmişdi.

Moskva vilayətinə düşmüş dronun fotoşəkillərində onun fərqli bir aparat olduğu görünür. Bu dron zahirən Ukraynanın “Ukrjet” şirkətinin istehsal etdiyi “UJ-22 Airborne” təyyarəsinə oxşayır. Bu, daha kiçik aparatdır, orta hündürlükdə və daha uzun məsafələrə uçan PUA-lar sinfinə adiddir (medium-altitude long-endurance – MALE).

Adətən, müharibədə belə PUA-lardan kəşfiyyat və müşahidə məqsədilə, o cümlədən, bomba və ya raket atmaq üçün istifadə olunur. “UJ-22” isə kiçik sursatlar ata bilir.

Bu sinfə aid cihazlardan fərqli olaraq o, çox da böyük deyil: qanadlarının uzunluğu cəmi 4,6 metrdir. Müqayisə üçün deyək ki, bu dronla eyni sinifdən olan “TB-2 Bayraktar”ın qanadlarının uzunluğu 12 metrdir.

“UJ-22 Airborne” dronu kamikadze kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmayıb, amma onun faydalı yükünün çəkisini dəyişmək mümkündür. Operatorun nəzarəti altında 100 kilometrə qədər, avtonom rejimdə 800 kilometrə qədər məsafə qət edə bilən bu aparat havaya 20 kiloqrama qədər yük qaldıra bilir, uçuş məsafəsini artırmaq üçünsə yükü azaltmaq lazımdır.

Ukraynada döyüşlər
“Rosneft”in Tuapsedəki neft emalı zavodu

Belqorod vilayətində lentə alınmış kadrlarda forma və ölçülərinə görə “UJ-22 Airborne” dronuna bənzəyən bir PUA görünür, amma onun operatorun nəzarəti altında 100 kilometrə qədər, avtonom rejimdəsə 800 kilometrə qədər məsafə qət edə bildiyi məlumdur.

Tipini dəqiqləşdirmək çətindir.

Hücumda müxtəlif dronlardan istifadə olunması da HHM sistemlərin işini çətinləşdirir. Çünki dronların hər birinin özünəməxsus xüsusiyyətləri var. “Tu-141” radar ekranlarında aydın görünən böyük metal obyektdir, aşağı hündürlükdə və kifayət qədər yüksək sürətlə uça bilir. Bu aparatın ekranda görünən işarəsi reaktiv qırıcı təyyarənin işarəsiylə eynidir.

“UJ-22” ekranda daha pis görünür – onun konstruksiyasında karbon lifindən istifadə olunub. Üstəlik, aşağı hündürlükdə kifayət qədər yavaş uçan cihaz yerüstü radarlarda da zəif görünür.

Rusiya Ukraynanı İran istehsalı olan “Şahed-136” pilotsuz təyyarələriylə vurmağa başlayanda Ukrayna Silahlı Qüvvələri uzaq mənzilli PUA-ları izləmək problemiylə üzləşmişdi.

Tuapsedəki yanğınla bağlı xəbər gecə saat 2 radələrində daxil olub. Adıgeyin rəhbəri bildirib ki, Novıy kəndi yaxınlığındakı partlayış da həmin vaxt qeydə alınıb. Təxmin edilir ki, hər iki halda “Tu-141” dronlarından istifadə edilib.

Belqorodda PUA-lardan atəş açılması xəbərləri dünən axşamdan etibarən yayılıb. Bryansk vilayətində dronun nə vaxt vurulduğu barədə məlumat verilmir. Moskva və Leninqrad vilayətlərindəki insidentlər barədə çərşənbə axşamı, səhər saatlarında açıqlama verilib.

Bütün bunların “dalğalar” halında baş verməsi də HHM sistemlərinin işini çətinləşdirə bilərdi. Əgər həqiqətən də bu hücumlarda radar ekranında fərqli görünən və müxtəlif sürətlə uçan “Tu-141” və “UJ-22” dronlarından istifadə olunubsa, hər dalğadan sonra HHM sistemlərinin əvvəlki cihaza bənzəyən PUA-ların axtarışına hazırlanması ola bilər.

“Dron hücumu” nəylə nəticələndi?

Bu hücumların məqsədi məlum deyil. Göründüyü kimi, yalnız bir dron konkret obyekti – Tuapsedəki neft anbarını vura bilib. Moskva vilayətində isə dron infrastruktur obyektinin yaxınlığına düşüb.

Qalanları ya HHM və elektron döyüş sistemləriylə vurulub, ya da başqa səbəblərdən yerə düşüb. Həmin yerlərinin yaxınlığında heç bir mühüm obyekt barədə məlumat verilməyib.

Səsləndirilən versiyalar bunlardır – Belqorodda PUA-lar sadəcə naviqasiya səhvinə görə evlərlə toqquşublar, Moskva vilayətinə düşən dronsa ya dəqiq yönləndirilməyib, ya da yanacağı bitdiyi üçün düşüb.

Bu hadisənin psixoloji təsiri də var – hücumlar göstərdi ki, Ukrayna Rusiya ərazisinin dərinliklərindəki obyektləri vurmaq imkanına malikdir və hava hücumundan müdafiə vasitələri heç də həmişə onların öhdəsindən gələ bilmir.

Nəhayət, belə hücumlarla əldə edilə bilən daha bir nəticə də var – HHM sistemlərinin fəaliyyəti haqqında məlumat əldə etmək. Bu, xüsusilə də Tuapse və Adıgeydəki hədəflərə hücum edən PUA-lara aiddir.

Bu şəhərlər Qara dəniz yaxınlığında yerləşirlər, Rusiyanın Ukraynaya hücumu başlayandan Qərbin kəşfiyyat təyyarələri o ərazidə növbə çəkir. Ona görə də bu cür hücumların ikinci məqsədi HHM sistemlərinin, o cümlədən, radarların yerinin öyrənilməsi ola bilər.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın PUA-ları qarşı tərəfdə vahimə yaradır - “Newsweek”

    Azərbaycanın PUA-ları qarşı tərəfdə vahimə ...

    9-10-2020, 15:24

  • 
  • İran: ABŞ-ın sanksiyaları "iqtisadi terrorizm"dir

    İran: ABŞ-ın sanksiyaları "iqtisadi ...

    2-11-2019, 12:30

  • 
  • Neft qiymətləri ucuzlaşdı, Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir

    Neft qiymətləri ucuzlaşdı, Səudiyyə Ərəbistanı ...

    19-09-2019, 13:43

  • 
  • ABŞ-ın hava hücumu nəticəsində Somalidə 100-dən çox Əl-Şəbab militantı öldürülüb

    ABŞ-ın hava hücumu nəticəsində Somalidə 100-dən ...

    22-11-2017, 11:23

  • 
  • Əfqanıstanda İslam Dövləti qrupunun lideri öldürülüb

    Əfqanıstanda İslam Dövləti qrupunun lideri ...

    27-08-2018, 12:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (300)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu