Gundemxeber.az » Dünya » Çin “qara siyahı”nın yenilənməsindən sonra ABŞ-ı “qanunsuz hücumda” ittiham edir
Gundemxeber.az xəbər verir ki, cümə günü Çin hakimiyyəti dünyanın ən böyük Çin şirkəti BG1 və daha bir neçəsinin ticarət üçün qara siyahıya salınmasından sonra ABŞ-ı Çin şirkətlərinə "qanunsuz hücumda" ittiham edib.
Çinin xarici işlər naziri Mao Ninq ABŞ-ın Çin şirkətlərinə təzyiq göstərmək üçün bəhanələr uydurduğunu bildirib.
O, Vaşinqtonu "ideoloji qərəzdən əl çəkməyə və heç bir səbəb olmadan Çin şirkətlərini sıxışdırmaq üçün müxtəlif bəhanələrdən sui-istifadə etməyi dayandırmağa" çağırıb.
Cümə günü səhər saatlarında ABŞ prezidenti Co Baydenin administrasiyasının sanksiyaları pozduğu iddiası ilə 28 Çin təşkilatını qara siyahıya saldığı bildirilmişdi. Pozuntulara Çinin nüvə və raket proqramları üçün müxtəlif ölkələrə texnologiya tədarük etməsi, həmçinin bir sıra Çin təşkilatlarını Vaşinqtonun fikrincə, “insan hüquqlarının pozulması” anlayışına daxil olan müşahidə texnologiyaları ilə təmin etməsi daxildir.
Tərcümə Gundemxeber.az
3-03-2023, 14:06
8-10-2019, 16:38
27-10-2015, 15:43
30-10-2015, 23:18
10-05-2019, 21:32
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?