Gundemxeber.az » Dünya » Vardanyan Qarabağdan qovulmalıdır - ÇAĞIRIŞ
“Ruben Vardanyan Xankəndi şəhərinə Rusiya tərəfindən göndərilmişdi. Məqsəd vəziyyəti yenidən gərginləşdirmək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə Azərbaycan dövləti arasında əlaqələrin yaranmasına imkan verməmək, üstəlik, İrəvana təzyiqlər etmək idi”.
Gundemxeber.az bildirir ki, bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov Qarabağdakı vəziyyətdən danışarkən deyib.
Onun sözlərinə görə, Vardanyan qısa müddətdə separatçılar arasında əsas simalardan birinə çevrilsə də, Azərbaycan onunla heç bir əlaqə qurmayacağını, onu tanımadığını elan edib. Üstəlik, onu faktiki olaraq prosesdən kənarlaşdırıb.
O. Qasımov əlavə edib ki, Vardanyan hazırda əlində heç bir səlahiyyəti olmayan şəxsdir, amma “vəzifədən” kənarlaşdırılması hələ Vardanyanın Xankəndini tərk etməsi demək deyil.
O. Qasımov hesab edir ki, R. Vardanyanın bölgədən qovulması və çıxarılması gündəmdə olan məsələlərdən biridir. Müsahibimiz ümid edir ki, bu istiqamətdə tədbirlər həyata keçiriləcək.
Qasımov xatırladıb ki, Vardanyan “vəzifədən” qovulmazdan əvvəl bildirib ki, Xankəndi şəhərində qalacaq. Bu isə onu göstərir ki, Vardanyan və “ağaları” Azərbaycana qarşı naqis planlarından imtina etməyiblər.
“Xankəndidə Vardanyanla digər yerli separatçılar arasında rəqabət və qarşıdurmanın olması haqda öncədən fikirlərimizi ifadə etmişdik. Görünən budur ki, yerli separatçılar da kənardan gələni qəbul etmirlər. Bizim üçün əsas odur ki, Vardanyan bölgədən çıxsın və bir daha buralarda görünməsin. Ümid edirəm ki, belə də olacaq”,- deyə siyasi şərhçi əlavə edib.
Gundemxeber.az
21-10-2020, 14:44
10-01-2023, 23:08
18-11-2022, 16:28
5-09-2022, 16:55
9-02-2023, 18:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?