GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putinin Rusiyanın imperiya tarixində “ilişib qalması”… müharibəyə apardı

Putinin Rusiyanın imperiya tarixində “ilişib qalması”… müharibəyə apardı

Tarix: 6-03-2023, 19:41 Bölmə :Dünya Baxış: 180


II Dünya müharibəsindən bəri Avropada ən böyük müharibənin başlanmasından bir il keçmiş Rusiya xalqı qarşısında çıxış edən Prezident Vladimir Putin Qərbin 1991-ci ildə SSRİ-nin süqutundan sonrakı onilliklər ərzində Moskva ilə bağlı siyasəti barədə hər zamankı mənfi fikirlərini təkrarlayıb.

Putin iddia edib ki, NATO və onun Ukrayna ilə əlaqələri Rusiyaya qarşı artmaqda olan təhlükədir. O bu əlaqələr haqda yanlış iddialarını, o cümlədən Ukrayna hökumətinin ABŞ və Qərb hərbi alyansının nəzarətində olması haqda iddiasını təkrarlayıb. O, Ukraynanın Qərbin “quluna çevrildiyini” iddia edib.

Corc Buşun (George W. Bush) prezidentliyi dövründə Ağ Evdəki səkkiz illik karyerasının dörd ilini milli təhlükəsizlik müşaviri olmuş Stefen Hadli (Stephen Hadley) Putinin iddialarını təkzib edib. O NATO-nun Rusiyaya hər hansı təhlükə törətmədiyini və Moskvanın illərlə alyansla əməkdaşlığa razı olduğunu xatırladıb.

“Rusiyanın Avropanın bir hissəsi kimi qəbul edilməsi üçün real səy göstərilib. NATO Rusiyaya təhlükə deyildi, NATO Rusiya ilə konstruktiv münasibət istəyirdi. …Rusiyanın NATO-nun genişlənməsinə reaksiyasını yumşaltmaq üçün bu səylər göstərilirdi”, – Hadli fevralın 28-də Vaşinqtondakı evindən “Zoom”la verdiyi müsahibədə deyib.

Yeltsin Klintona xəbərdarlıq etmişdi

Hadlinin Ağ Evdəki xidmət illəri NATO tarixində ən böyük genişlənmə dövrünə düşüb: 2004-cü ildə Baltik ölkələri də daxil olmaqla Şərqi Avropanın yeddi ölkəsi alyansa üzv qəbul edilib.

Tarixçi və alimlər uzun zamandan bəri NATO-nun genişlənməsinin məqsədlərini müzakirə ediblər. Bəziləri onun şərqə doğru genişlənməsinin nə dərəcədə müdrik hərəkət olmasını da sorğulayıb. Rusiya rəsmiləri soyuq müharibə dövrünə aid alyansa hazırda ehtiyac olmadığı fikrini belə irəli sürüblər.

1990-cı illərin ortalarında Prezident Boris Yeltsin amerikalı həmkarı Bill Klintona xəbərdarlıq etmiş, NATO-nun Şərqi Avropa ölkələrini üzvlüyə qəbul edəcəyi halda onu “alçaldacağı” ilə hədələmişdi.

Putin dövründə bu şübhələr birbaşa ittihamlara, Vaşinqton və müttəfiqlərinin Moskvaya xəyanət etdiyi barədə iddialara çevrildi. Rusiya 2008-ci ildə NATO-nun Ukrayna və Gürcüstana nə zamansa alyansın üzvü olacaqları barədə vəd verməsindən xüsusilə çox qəzəbləndi.

NATO-ya üzvlük məsələsi

Hadli deyir ki, bunun ardınca Ukraynanın NATO-ya qoşulması 2014-cü ilədək arxa plana atıldı. 2014-cü ildə Moskvanın dəstəklədiyi prezidentin qovulmasından sonra Rusiya Ukraynanın şərqində yeni münaqişə ocağı yaratdı, yerli yaraqlıları silahla təchiz etdi və bəzi yerlərdə əraziyə döyüşmək üçün nizami ordu hissələri göndərdi.

“2008-ci ildən bəri Ukrayna və Gürcüstanın NATO-ya qoşulması məsələsi həqiqətən də masadan qaldırılmışdı və Rusiyanın Ukraynaya ilk dəfə hücum etdiyi 2014-cü ilədək masada olmadı. [Onların bu hərəkəti] rusların [bu gün] istəmədiklərini dedikləri şeyə yol açdı.

NATO üzvlüyünü və NATO-nun Ukrayna və Gürcüstana necə kömək edəcəyi məsələsini yenidən müzakirə masasına gətirən [amil] həmin hücum idi.

…Ruslar NATO infrastrukturunun şərqə doğru hərəkətindən şikayət edirlər. Bunların heç biri Rusiyanın 2014-cü ildə Ukraynaya girməsinədək baş verməyib. Buna görə də iddia edərdim ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum etməklə özünün hədələndiyini dediyi şeyi (NATO-nun genişlənməsi məsələsini) yaratmış oldu.

Bundan başqa, keçmişdə Moskvanın nüfuz dairəsində olmuş ölkələr – Baltik dövlətləri və Varşava Paktı ölkələrində uzun zamandan bəri mövcud olmuş tarixi Rusiya qorxusu var idi və bu onları NATO üzvlüyünə can atmağa vadar edirdi.

Və əlbəttə, indi NATO üzvü olan dövlətlər bizə belə deyirlər: ‘Biz sizə demişdik’”, – Hadli bildirir.

İki məsələ

O zaman Putinin reaksiyası ölçülü olsa da, ABŞ-nin 2002-ci ildə Ballistik Raketlərə qarşı Sazişdən çıxma qərarı da Kremlin uzun sürən qəzəbinə səbəb oldu. Buş administrasiyası iddia edirdi ki, bu pakt ABŞ-nin Şimali Koreya və İran kimi təhlükələrə qarşı raket müdafiəsi qurmaq qabiliyyətinə mane olur və sazişdən çıxma Rusiyanı zəiflətmək niyyəti daşımır.

Hadli Putinin o zaman verdiyi izahı qəbul etdiyini deyir.

“İlk vaxtlar bu, iki ölkə arasında …yaxşı münasibətlərə yol açdı. Putin [ABŞ-nin sazişdən çıxmasını] tənqid etmədi və hətta bunun əksini dedi. Dedi ki, o ABŞ-nin müqavilədən çıxmasını bəyənməsə də, bu Rusiyanın maraqlarına və təhlükəsizliyinə təhlükə təşkil etmir”.

Hadli iki məsələni xüsusi vurğulayıb: Kremlin 2000-ci illərdə Gürcüstan, Ukrayna və Qırğızıstanda baş qaldıran silsilə xalq etirazlarının Amerikanın ssenarisi olduğu qənaətində olması və Putinin Rusiyanın imperiya tarixində “ilişib qalması”.

“Biz düşünürdük ki, bu inqilablar Rusiyaya faydalı olacaq, çünki Rusiyanın ətrafında sabit, demokratik, çiçəklənən qonşuları yaranacaq. Putin bunu bu cür görmürdü. O bunu MKİ-nin (CIA) Rusiyaya qarşı… rejimlər qurmaq cəhdi, Rusiyanın özündə sabitliyi pozmaq üçün məşq kimi görürdü. Mənə elə gəlir, biz Putini elə o zaman itirdik”, – o deyir.

“Son nəticədə bunun heç bir fərqi olmazdı”

Hadli vaxtilə NATO-nun genişlənməsi işinin yanlış idarə olunduğuna dair şübhələri olduğunu söyləyir.

“Putinin 2022-ci ildə Ukraynaya hücumu ərəfəsində etdiyi çıxışa qədər bu haqda çox düşünürdüm (O, Putinin müharibədən 3 gün öncə etdiyi çıxışı nəzərdə tutur). O çıxışın ön hissəsi Putinin əsl simasını göstərir. Bu hissədə o bunun Rusiya imperiyasının bərpası, tarixi Rusiya torpaqları üzərində nəzarətin bərpası, Ukraynanın məhv edilərək Rusiya tərəfindən udulması haqdadır.

Bu planlar baxımından NATO-nu genişləndirməyimiz yaxşıdır. Əks halda, bu Moskvanın Rusiya imperiyasını bərpası ideyası üçün daha çox açıq sahə ola bilərdi.

Biz işləri başqa cür görə bilərdikmi? Bəlkə də…. Ancaq [əsl] sual budur: Putinin keçmiş sovet məkanında Rusiya imperiyasını bərpa etmək [maniyasını] nəzərə alsaq, son nəticədə bunun bir fərqi olardımı? Düşünürəm ki, təəssüf ki, son nəticədə bunun heç bir fərqi olmazdı”, – o deyir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nyu York Times: “Rusiya təhlükəsi nə qədər böyükdür?”

    Nyu York Times: “Rusiya təhlükəsi nə qədər ...

    28-03-2014, 08:53

  • 
  • Zelenski: Ukraynalılar Putinin pasport haqda təklifini rədd edəcək

    Zelenski: Ukraynalılar Putinin pasport haqda ...

    29-04-2019, 13:24

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • NATO Lukaşenkonun alyansın Belarus sərhədlərində hərbi qüvvə yerləşdirməsi haqda iddialarını rədd edib

    NATO Lukaşenkonun alyansın Belarus sərhədlərində ...

    17-08-2020, 11:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (300)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu