GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Gürcüstandakı etirazların arxasında kim dayanır? - AKTUAL

Gürcüstandakı etirazların arxasında kim dayanır? - AKTUAL

Tarix: 8-03-2023, 22:43 Bölmə :Dünya Baxış: 194

Dünəndən etibarən Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyası keçirilir.

Hüquq-mühafizə orqanları Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Etirazçılarla polis arasında toqquşmalar yaşanıb. Hətta xüsusi təyinatlılar da parlamentin girişinə aparan küçəni bağlayıblar.
Etirazlar parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra başlayıb.
Belə ki, KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Qeyd edək ki, minlərlə insanın qatıldığı etiraz aksiyasına Gürcüstanın Prezidenti Salome Zurabişvili də dəstək verib. O, etirazçıların tərəfində olduğunu açıqlayıb.

Maraqlıdır, Gürcüstanda nə baş verir? Proseslərin arxasında Rusiya xüsusi xidmət orqanları durur?

GUNDEMXEBER.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, bu etirazlar yeni “Xarici təsirin şəffaflığı haqqında” qanunla "xarici təsir agentləri" adı veriləcək insanların qeydiyyat reyestrinin aparılması ilə bağlıdır:
"Buraya mediaya, qeyri-hökumət təşkilatlarına, siyasi qruplara və s. daxil olan insanlar aid olacaq. Həmçinin, xarici agent adlandırılan şəxslərin dövlət qulluqçuları ilə əlaqədə olması da qadağan olunacaq. Bununla yanaşı, maliyyələrinin 20 faizdən yuxarısı xaricdən maliyyələşən qurumlara cərimələr tətbiq olunacaq, daha sonra isə qeydiyyatları ləğv ediləcək".

Politoloq vurğulayıb ki, yeni qanunun əleyhinə olanlar isə bunu Gürcüstanın Rusiyaya yaxınlaşmaq təşəbbüsü kimi qiymətləndirirlər:

"Əslində bunun ona aidiyyəti yoxdur. Çünki bənzər qanun ABŞ və Avropa İttifaqı ölkələrində də var. Ümumiyyətlə, bu qanunu Gürcüstanın ABŞ-dan uzaqlaşaraq, Rusiyaya yaxınlaşması kimi qələmə vermək bu qanun əleyhinə aparılan bir təbliğatdır.

Bu qanun ilk dəfə ABŞ-da qəbul olunub. Daha sonra oxşarı Rusiya və Avropa İttifaqında da qəbul olunub. Postsovet ölkələri arasında bunu gündəmə gətirən ilk ölkə Gürcüstan deyil. Oxşar məsələləri Qırğızıstan da müzakirə edir və qanunun birinci hissəsi qismən qəbul edilib.

Bütün bunların məqsədi Gürcüstandakı xarici təsirin nəzarətə götürülməsi ilə bağlıdır. Bu, birmənalı olaraq Gürcüstan hakimiyyətindən kənar qrupların hökümətdə təmsil olunmasının qarşısını alınması məqsədilə atılıb. Yəni bununla xarici nüfuz dairəsinə sahib insanların Gürcüstanda hakimiyyətə gəlməsinin qarşısını almaq hədəflənir".

Həmsöhbətimizin fikrincə, bu qanuna dirəniş göstərənlər daha çox Qərbə bağlı QHT-lər və onların maliyyəsi ilə fəaliyyət göstərən media təsisatlardır:

"Qanun layihəsinin müəllifi olan qrupun üzvü, gürcü millət vəkili qeyd edib ki, ölkədə demokratiya adı altında xarici fondlar o yana, eyni zamanda 5 səfirlikdən aylıq paket alıb, Gürcüstan dövlətinin maraqlarının əleyhinə fəaliyyət göstərən geniş media və QHT şəbəkəsi formalaşıb. O şəbəkə az qala hamını korrupsioner və satqın elan edib. Başqalarını qeyri-şəffaflıqda günahlandıranlar, öz gəlirlərinin şəffaflığı barədə sənədlər təqdim etməlidirlər.

Ümumiyyətlə, aksiyanın istər təşkilatçı, istərsə də iştirakçılar arasında daha çox Soros şəbəkəsi aktivdir. Həmin şəbəkə bütün postsovet məkanındakı mövqeyini qorumağa çalışır. Qanunun qəbul olunması əleyhinə də aktiv şəkildə təbliğat aparır, çünki onlar birmənalı olaraq bu qanunu özlərinə qarşı atılan bir addım kimi dəyərləndirirlər".

Yeganə Hacıyeva əlavə edib ki, bu kimi qanunvericiliyin qəbul edilməsi faydalıdır:

"Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu qanunun qəbul olunması mütərəqqi bir addım olar. Çünki ölkədə Qərbdən maliyyə alaraq Rusiyanın və İranın maraqlarına işləyən geniş bir şəbəkə var. Onların xarici agent elan olunaraq, ölkənin milli maraqları uğrunda fəaliyyət göstərən insanları ləkələməsinin qarşısı alınmalıdır. Yəni bütün ölkələr bu qanunu nə qədər tez qəbul etsələr, bir o qədər yaxşı olar. Hazırkı proseslər də ona doğru gedir".


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstan xarici agentlər haqqında qanun layihəsini təhlil üçün Venesiya Komissiyasına göndərib

    Gürcüstan xarici agentlər haqqında qanun ...

    8-03-2023, 13:47

  • 
  • Gürcüstan prezidenti Belarusa səfərini yarıda dayandıraraq Tbilisiyə qayıdıb

    Gürcüstan prezidenti Belarusa səfərini yarıda ...

    21-06-2019, 12:14

  • 
  • Tiflisdə etirazçılarla polis arasında qarşıdurma olub, yaralılar var - (YENİLƏNİB)

    Tiflisdə etirazçılarla polis arasında qarşıdurma ...

    21-06-2019, 13:20

  • 
  • Tbilisidə gərginlik davam edir - Xüsusi təyinatlılar parlamentin binasına gətirildi - Saxlanılanlar var

    Tbilisidə gərginlik davam edir - Xüsusi ...

    27-11-2019, 11:42

  • 
  • ABŞ səfiri Gürcüstan parlamentinə xarici agentlər haqqında qanun qəbul etməməyi tövsiyə edib

    ABŞ səfiri Gürcüstan parlamentinə xarici agentlər ...

    6-03-2023, 19:37


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu