“Gürcüstanda hakimiyyət dəyişikliyi yalnız seçkilər yolu ilə baş verəcək”.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
“Əgər kimsə düşünürsə ki, qarşıdurma, inqilab, qan tökmək yolu ilə hakimiyyəti dəyişmək olar, çox yanılır. Hökumət ölkə əhalisinin böyük əksəriyyəti tərəfindən seçiləcək, yalnız iğtişaşlar məqsədi güdən konkret siyasətçilər tərəfindən deyil”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün keçmiş daxili işlər naziri Vano Merabişvili bəyan etmişdi ki, Gürcüstanda keçirilən etiraz aksiyalarının əsas məqsədi hökuməti dəyişmək və Gürcüstanı qərbyönlü, Ukraynayönlü hökumət halına gətirməkdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?