GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ərdoğan seçkiləri uduzur

Ərdoğan seçkiləri uduzur

Tarix: 14-03-2023, 18:00 Bölmə :Dünya Baxış: 210

Yenicə keçirilmiş rəy sorğuları Türkiyə seçkilərində müxalifətin namizədi Kamal Kılıcdaroğlunun prezident Rəcəp Tayyip Ərdoğandan 10 faiz irəlidə olduğunu göstərir.

Gundemxeber.az xarici mediaya istinadla yazır ki, sorğular müxalifətin Milli Alyans adlı blokunun da Ərdoğanın hakim AK partiyası və onun müttəfiqlərindən azı 6 bənd irəlidə olduğunu nümayiş etdirib.

Kürdyönlü Xalq Demokratik Partiyasının (HDP) indilik səslərin azı 10 faizinə sahib olduğu görünür.

Şərhçilər bildirirlər ki, mayın 14-ə təyin edilmiş prezident və parlament seçkiləri Ərdoğanın 20 illik hakimiyyəti üçün ən böyük sınaq olacaq.

Onun partiyasının populyarlığı son illərdə bahalığa görə azalıb. Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən ziyan çəkmiş ənənəvi AKP tərəfdarlarının bir çoxu da mövqeyini dəyişməyi düşünür.

Qarşıdan gələn seçkilər Türkiyəyə təkcə kimin rəhbərlik edəcəyini deyil, həm də ölkənin necə idarə olunacağını, onun Ukrayna müharibəsində və Yaxın Şərqdə oynadığı rolu müəyyən etməlidir.

Teneo mərəzinin siyasi risk üzrə həmsədri Volfanqo Pikkoli (Wolfango Piccoli) deyib ki, Milli Alyansın indiki üstünlüyünü qoruyub saxlaması üçün onun daha geniş milli cəbhədən çıxış etməsi zəruridir:

“Sadəcə olaraq hər şeyə görə Ərdoğanı ittiham etmək metodu Türkiyədə işləməyəcək. Ötən seçkilər Ərdoğanın fenomenal kampaniyaçı olduğunu nümayiş etdirib, amma son bəyanatları onun populyarlığının və ürəklərə yol tapmaq qabiliyyətinin azaldığını göstərir”.

Bütün rəy sorğuları üzə müxalifət irəlidədir

Ötən şənbə günü Aksoy Araşdırma tərəfindən açıqlanmış və martın 8-də keçirilmiş rəy sorğusu martın 6-da müxalifətin vahid namizədi elan edilmiş Kamal Kılıcdaroğlunun 55,6 faiz dəstəyə malik olduğunu göstərib. Bu sorğuya görə Ərdoğanın dəstəyi 44,4 faizdir.

Sorğuda respondentlərin 44,1 faizi müxalifət blokuna, 10,3 faizi isə HDP-yə dəstək bildirib. AKP və onun müttəfiqi olan Milli Hərəkət Partiyasının (MHP) dəstəyi isə 38,2 faiz olub.

Alf Research şirkətinin martın 6-7-də keçirdiyi rəy sorğusu Kılıcdaroğluna 55,1 faiz, Ərdoğana isə 44,9 faiz dəstək nümayiş etdirib.

Bu rəy sorğusunda Kılıcdaroğlunun Respublika Xalq Partiyası (CHP) respondent səslərinin 31,8 faizini qazanıb. Ərdoğanın AKP partiyasının göstəricisi 31 faizdir.

Bu rəy sorğusuna görə əsas müxalifət bloku 43,5 faiz, HDP isə 11,3 faiz səsə malikdir. AKP və MHP-nin toplam göstəricisi 37,5 faiz olub.

Piar Research firmasının keçirdiyi rəy sorğusunun nəticələrinə görə Kılıcdaroğlu 57,1 faiz, Ərdoğan isə 42,9 faiz dəstəyə malikdir.

Respondentlərin 32,3 faizi CHP-yə, 30,8 faizi AKP-yə və 11,6 faizi HDP-yə üstünlük verdiyini bildirib.

Zəlzələ elektoratı bir elə tərpətməyib

ORC Research adlı mərkəzin keçirdiyi rəy sorğusunda Kılıcdaroğlu respondentlərin 56,8 faiz dəstəyini qazanıb. Ərdoğanın göstəricisi isə 43,2 faiz olub.

Bu rəy sorğusu martın 4-6-da, Kılıcdaroğlu hələ vahid namizəd elan edilməzdən əvvəl keçirilmişdi.

Amma rəy sorğuları bunu da göstərib ki, dağıdıcı zəlzələ hakim AKP-nin populyarlığına bir elə təsir göstərməyib.

Metropoll şirkətinin rəy sorğusu adamların 34,4 faizinin zəlzələnin nəticələrinə görə AKP-ni, 26,9 faizinin isə inşaatçıları günahlandırdığını göstərib.

Respondentlərin 15,4 faizi zəlzələyə reaksiyaya görə bələdiyyələri tənqid edib. 12,9 faiz isə bu məsələdə “hamının” günahkar olduğunu deyib.

Vaşinqtonda mənzillənmiş Yaxın Şərq Demokratiya layihəsinin Türkiyə üzrə direktoru Merve Tahiroğlu deyib ki, müxalifət alyansındakı qüvvələr müxtəlifdir və alyans daxilində ayrı-ayrı fiqurlar Türkiyənin fərqli seqmentlərinin dəstəyinə malikdir.

O bildirib ki, son 20 ildə müxalifətin seçki qələbəsinə inam heç vaxt indiki qədər olmayıb.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan özünə səs verdi

    Ərdoğan özünə səs verdi ...

    10-08-2014, 18:17

  • 
  • Ərdoğanın məğlubiyyəti və yeni siyasi reallıq

    Ərdoğanın məğlubiyyəti və yeni siyasi reallıq ...

    3-04-2019, 13:28

  • 
  • Ərdoğan: İyulun 10-da Azərbaycanda birgünlük səfərdə olacam

    Ərdoğan: İyulun 10-da Azərbaycanda birgünlük ...

    7-07-2018, 14:40

  • 
  • ATƏT: Türkiyə seçkilərində namizədlər üçün bərabər şərait olmayıb

    ATƏT: Türkiyə seçkilərində namizədlər üçün ...

    26-06-2018, 00:43

  • 
  • AKP-yə yeni sədr, Türkiyəyə baş nazir - Bu gün qurultaydır

    AKP-yə yeni sədr, Türkiyəyə baş nazir - Bu gün ...

    22-05-2016, 11:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu