Gundemxeber.az » Dünya » Putin “Şimal axını” kəmərinin altında daha bir bomba tapıb
“Qazprom”a məxsus gəmi əvvəlki terror aktının baş verdiyi yerdən 30 km aralıda “Şimal axını” borusunda başqa partlayıcı qurğunun olması ehtimalına dair sübutlar tapıb.
Gundemxeber.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində bildirib.
O xatırladıb ki, “Qazprom” əvvəllər Danimarka hakimiyyətindən “Şimal axını”nda partlayış baş verən ərazini araşdırmaq üçün icazə alıb, lakin bununla da kifayətlənməyib, şirkətin icarəyə götürdüyü gəmi boru kəmərinin yanı ilə irəliləyib: “Və partlayış yerindən 30 km aralıda bir sütun tapıldı”, – Putin bildirib.
Prezident qeyd edib ki, söhbət qaz kəmərinin ən həssas yerlərindən – boru birləşmələrindən gedir. Əvvəlki partlayış da həmin hissədə olmuşdu, tapılan sütun da 30 km aralıda, yenə birləşmə nöqtəsinin yanındadır.
“Mütəxəssislər hesab edirlər ki, bu, boru kəməri sisteminin altına qoyulan partlayıcı qurğunun işə salınması üçün siqnalı qəbul edən antena ola bilər – mən bunu təsdiq etmirəm, amma bu, ola bilər”, – Rusiya Federasiyasının Prezidenti vurğulayıb.
GUNDEMXEBER.AZ4-11-2017, 16:47
30-06-2018, 16:35
25-02-2021, 17:48
19-05-2018, 11:10
1-09-2014, 14:40
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?