Gundemxeber.az » Dünya » Kəşfiyyat: “Rusiya vətəndaşları Krımdan çıxır”
“Rusiya vətəndaşları müvəqqəti işğal altında olan Krımdan çıxır”.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.
O bildirib ki, işğalçı hakimiyyət bu barədə vətəndaşlara müraciət edib.
A.Yusovun sözlərinə görə, Krımdakı daşınmaz əmlaklar sürətlə satılır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, 1991-ci il sərhədləri bərpa olunmayana, o cümlədən Krım işğaldan azad edilməyənədək sülh olmayacaq.
GUNDEMXEBER.AZ1-12-2015, 19:38
23-10-2014, 12:51
29-09-2014, 15:09
26-09-2017, 16:35
14-02-2020, 14:41
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?