Rusiyanın “Qroznı Avia” şirkəti noyabrın 16-dan Simferopol-Yerevan marşrutu üzrə uçuş həyata keçirəcək.
“Media forum” saytının məlumatına görə, Krım vilayətinin “nəqliyyat naziri” Anatoli Surkin oktyabrın 23-də belə açıqlama verib.
Surkin bildirib ki, Simferopol-Yerevan reysi Krım Rusiyaya birləşdirildikdən sonra açılan ikinci beynəlxalq aviamarşrut olacaq. Bu ilin iyul ayından Simferopol-İstanbul reysi həyata keçirilir.
Oktyabrın 23-dən bilet satışına başlandığını bildirən Surkin Yerevana uçuşun həftədə bir dəfə - bazar günləri baş tutacağını vurğulayıb.
Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Ukraynanın aviasiya şirkətləri mart ayından Krıma uçuşları dayandırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?