Gundemxeber.az » Dünya » Ərdoğandan Finlandiyaya “yaşıl işıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb, qərar aprelin 1-də “Rəsmi Gazete”də dərc olunub.
Madrid razılaşmasına əsasən, vədlər yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub.
Məlumatda Finlandiyanın terrora münasibətinin Türkiyə tərəfindən nəzarətdə saxlanıldığı bildirilib.
Türkiyə Böyük Millət Məclisi (TBMM) Finlandiyanın NATO-ya daxil olmasını martın 31-də təsdiqləyib. Parlamentdə qəbul edilən qanun “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib. Qərar rəsmiləşdikdən sonra Finlandiyanın NATO-ya üzvlük prosesi Brüsseldə davam edəcək.
Bundan əvvəl NATO-ya üzv olan 29 ölkə Finlandiyanın üzvlüyünü qəbul etmişdi.
GUNDEMXEBER.AZ
29-03-2023, 16:30
20-05-2022, 15:07
17-03-2023, 10:54
7-03-2023, 16:02
19-11-2017, 17:43
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?