Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının Azərbaycan və Ermənistan sərhədinə göndərilməsi vaxtı İrəvandan asılıdır.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, qeyd edib ki, Rusiya belə bir addımın regionda vəziyyətin sabitləşməsinə kömək edəcəyinə əmindir.
“Belə qərarlar KTMT-də razılaşdırılır və Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə ən yüksək səviyyədə təsdiqlənir. Vaxta gəlincə, mənə elə gəlir ki, burada da hər şey aydındır, hər şey erməni həmkarlarımızdan asılıdır. Onlar hazır olduqdan sonra biz təşkilatın müşahidə missiyası üzrə əsaslı işə qayıda biləcəyik. Yəni, hazırda top İrəvandadır”, - Zaxarova bildirib.
Diplomatın sözlərinə görə, Rusiya İrəvanın KTMT nümayəndələrini qəbul etməkdə hələ də marağlı olmasından razıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?